Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanlı siyasətçi: “Minlərlə həlak olanın qanı sənin və Annanın üzərindədir, Nikol”
Nikol Paşinyan

Bütün Ermənistanı etiraz dalğası bürüyüb. Ermənilər Qarabağ məğlubiyyətini Baş nazir Nikol Paşinyana bağışlamırlar.

Bizimyol.info xəbər verir ki, noyabrın 11-də Yerevanda böyük etiraz aksiyası keçirilib. Parlamentin qarşısındakı aksiyada qondarma respublikanın milli məclisinin deputatı Metaksya Akopyan da çıxış edib.

Metaksya Akopyan Metaksya Akopyan

O, rəsmi Yerevanı və şəxsən Paşinyanın ünvanına ittihamlar səsləndirib. Akopyan Baş naziri istefaya səsləyib.

“Mən 44 gün Stepanakertdə oturub gözlədim, ümid etdim ki, vətəni satmayacaqsan. Bizim vaxtımız yoxdur, çıx get. İmkan ver dövlətçiliyimizi xilas edək. “Bizim addım” fraksiyasından Şirak, Lulu, Ararat Mirzəyan milli məclisə gəlmişdilər, burnumuzun önündə barmaq silkələyirdilər. Şirak, haradasan sən? Mənim həmkarımın oğlu yanıb kül olanda sən dedin ki, dövlət ağrını bölüşür. Haradasan indi? Gəl, ağrını bölüş. Gəl, məzarlarımızı xilas elə. Heç olmasa, uşaqlarımızın qəbirlərini ziyarət edə bilək. Minlərlə həlak olanın qanı sənin və sənin Annanın üzərindədir, Nikol”.

Paylaş »
››› Paşinyan yenə Rusiyaya "ilişdi"
››› Ata oğlunu qurban kəsdi: “Allah yolunda belə addım atdım” - Foto
››› Ermənistan yeni terror təşkilatı yaradıb, təlim keçir: “Onların ərazi itkisi ilə nəticələnə bilər”
››› Türkdilli dövlətlərin ordusu yaranır: “Bu, ciddi mesajdır”
››› Qərb Rusiyanı Ermənistanın əli ilə vurur
››› “İsgəndər” raketi Bakı üzərində vurulub - Britaniya mətbuatının məlumatı - Video
››› Bu ay yeni bahalaşma dalğası gözlənilir
Son xəbərlər
Bütün xəbərlər »