Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş Nazir Əli Əsədov beynəlxalq ağacəkmə aksiyasında iştirak edib
Baş Nazir Əli Əsədov beynəlxalq ağacəkmə aksiyasında iştirak edib

Bu gün Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə keçirilmiş, Yaxın Şərq, Balkanlar, Şərqi Avropa, Cənubi Qafqaz, Mərkəzi Asiya və Afrika ölkələrini əhatə edən “Gələcəyə nəfəs ol!” beynəlxalq ağacəkmə kampaniyasında iştirak edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu və Azərbaycan Hökuməti üzvlərinin iştirakı ilə Abşeron rayonu Xocasən qəsəbəsində təşkil edilən tədbir çərçivəsində 11 hektar ərazidə 11 min ağac əkilib.

Ankara ilə Bakı arasında canlı bağlantıda Türkiyə Respublikasının Prezidenti R.T.Ərdoğanla söhbət zamanı Baş Nazir Əli Əsədov başda Prezident R.T.Ərdoğan olmaqla Türkiyə rəhbərliyini və bütün qardaş Türkiyə xalqını Azərbaycanın Qələbəsi ilə əlaqədar verdikləri dəstəyə, göstərdikləri həmrəyliyə görə təşəkkürünü bildirib.

30-dək ölkəni əhatə edən ağacəkmə aksiyası Azərbaycanın bütün bölgələrində də təşkil edilib və on minlərlə ağac əkilib.

Kampaniya, həmçinin Füzuli rayonun işğaldan azad olunmuş Qarğabazar kəndinin ərazisində də keçirilib.

Kampaniya zamanı Azərbaycan, Bosniya və Herseqovina, İraq, Liviya, Malta, Monteneqro, Qazaxıstan, Gürcüstan, Ukrayna, Serbiya, Əfqanıstan, Özbəkistan və Albaniya da daxil olmaqla 70 ölkə təmsilçisinin iştirakı ilə ağaclar əkilib.

Paylaş »
››› Vətən müharibəsində xeyriyyəçilik etmiş iş adamı həbs edildi
››› Azərbaycanda məntiqə sığmayan qadağalar: Şortik, “vyetnamka”, hicab!..
››› Pandemiya yalandır, insanları öldürən kimyəvi maddədir... - Azərbaycanlı psixiatr
››› Dar günün adamları: Xalqın şairi də, aktyoru da belə olmalıydı
››› Cərimə epidemiyası: Toylar camaata “toy tutmağın” yeni vasitəsi ola bilər...
››› Rusiyadan Türkiyəyə böyük yürüş: Gündə 20 min nəfər...
››› “Azərbaycanlıların mərmər qəbir daşlarından Babayanın evinə pilləkən düzəldilirdi”
Son xəbərlər
Bütün xəbərlər »