Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Britaniya mətbuatı: “Qarabağda atəşkəs Türkiyənin ciddi nəzarəti altında olacaq”
Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan

Rusiyanın sülhməramlı qoşunu Qarabağda atəşkəsə diqqət yetirəcək. Amma ümumi proses həm də Türkiyənin ciddi nəzarəti altında olacaq.

Bizimyol.info xəbər verir ki, “The Telegraph” qəzeti Qarabağ müharibəsinin başa çatmasıyla bağlı maraqlı material dərc edib. Yazıda atəşkəs məsələsinə də toxunulub.

Materialı hazırlayan Oksforddakı böhran situasiyalarının tədqiqatı institutunun direktoru Mark Olmond yazır ki, Türkiyə və Rusiya növbəti dəfə böyük güc olduğunu göstərib. Bu ölkələrin Qafqazdakı gücü isə Qərb üçün həyəcan siqnalıdır.

“Vladimir Putinin amansız müharbənin başa çatmasını elan etməsindən sonra azərbaycanlılar küçələrdə rəqs edir, ermənilər isə Baş nazirin kabinetini dağıdırlar. Bakıdakı şadyanalıqla Yerevandakı acı göz yaşları arasındakı təzad kimin qalib gəlməsiylə bağlı şübhələrə yer qoymur. Təbii ki, Cənubi Qafqazın yüksək dağlıq ərazilərdəki döyüş meydanında enerji resursları ilə zəngin Azərbaycan qalib gəldi. Amma ətraf üçün əsas məsələ odur ki, vacib enerji dəhlizinin taleyinin həll olunduğu yerdə Qərb gözə dəymirdi”.

Mark Olmond qeyd edir ki, Rusiya bu müharibədə Ermənistanı taleyin ümidinə buraxıb. Azərbaycan isə İsrail və Kanada hərbi texnologiyasının ən müasir nümunələrindən istifadə edib.

“Amma Azərbaycan qələbəyə görə həm də Türkiyənin “Bayraktar” pilotsuz uçuş aparatlarına minnətdar olmalıdır. Bundan başqa, Türkiyə hərbi məsləhətçilərinin rolu da az olmayıb. Erməni diasporunun Parisdə və Los-Ancelesdə etiraz aksiyalarına baxmayaraq, Qərb demokratiyasının liderləri Ermənistan üçün timsah göz yaşları axıtmadı. Halbuki iki il əvvəl demokratiyanın çiçəklənməsinə görə tərifləyirdilər”.

Müəllif Liviya və Suriyada da əsas söz sahibinin Türkiyə və Rusiya olmasına diqqət ayırıb. Amma xüsusi vurğu Ankaranın böyük gücə çevrilməsinə olub. Olmond yazıb ki, Türkiyə ilə baş-başa gələn Yunanıstanla Kipr Qərbin türklər qarşısında gücsüzlüyündən nəticə çıxarmalıdır.

Paylaş »
››› Bakıda cinsi azlıqların bayrağını əks etdirən oyuncaqlar yayılıb - Foto
››› İranın yeni prezidenti bəlli oldu - Foto
››› Ermənistan yenə Kremli ifşa etdi: Rusiyanın Xəzərdəki qüvvələri bizə kömək edirdi
››› Azərbaycanda Türkiyə hərbi bazası Rusiyanı qorxutdu, Kreml təhdid etdi
››› Qarabağ qazisi: "Əlillik pensiyamı kəsiblər, nə yeməliyəm, hava ilə dolanmalıyam?!"
››› Tibb bacılarına 500 dəfə “mən axmağam” yazdıran baş həkimlə bağlı yeni təfərrüatlar
››› Azərbaycanda daha bir tragikomediya: “Məmur valı əyri olan kombaynı mənə sırıyıb belimi qırdı”
Son xəbərlər
Bütün xəbərlər »