Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Edmon Marukyan: “Həmin Ermənistan daha yoxdur”
Gecə ərzində düşmənə atəş zərbələri endirilib - Video

Qarabağ məğlubiyyəti Ermənistan cəmiyyətini çox sarsıdıb. Ölkəni etiraz dalğası bürüyüb. Baş nazir Nikol Paşinyan gizlənməyə yer axtarır. Ayrı-ayrı siyasətçilər məğlubiyyətdə birbaşa onun günahkar olduğunu bildirir.

Bizimyol.info xəbər verir ki, “İşıqlı Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyan çox bədbin danışıb. O, Dağlıq Qarabağın əldən çıxdığına böyük təssüf etdiyini söyləyib.

“Nikol Paşinyan və “Mənim addımım” bloku anlamalıdır ki, bu artıq 83 faiz səs topladıqları Ermənistan deyil”, - Marukyan “Facebook” səhifəsindəki canlı yayımda deyib.

Siyasətçi bir yerdə müəmmalı ifadə işlədib. O, nədənsə Dağlıq Qarabağın ümumi ərazisinin 42 min kvadratkilometr olduğunu bildirib və əlavə edib ki, bu böyüklükdə torpaqlara sahib Ermənistan daha yoxdur: “Paşinyanın yürütdüyü siyasət və imza atdığı müqavilə nəticəsində belə oldu”.

Marukyanın sözlərinə görə, ermənilər məğlubiyyətə uğramamalıydı. Siyasətçi müharibədə erməni xalqının yox, Paşinyanın uduzduğunu bildirib: “Biz məğlub liderlə yaşaya bilmərik, getməlidir”.

Paylaş »
››› "Sanki dəniz dalğaları ilə mübarizə aparırdıq, terminator kimi gəlirdilər" - Ermənistan əsgərindən etiraf
››› Ermənistan prezidenti Moskvada “xain!” adlandırıldı
››› Füzulidə minaya düşən avtomobildə 5 mülki şəxs həlak oldu
››› Fuat Oktay: “Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycanda olacaq”
››› Korotçenko Paşinyanın Moskvadan nə istəyəcəyindən danışdı
Son xəbərlər
Bütün xəbərlər »