Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
XİN: Ukrayna Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləyir
Azərbaycan  - Ukrayna

Ukrayna Dağlıq Qarabağ münaqişəsi çərçivəsində Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların dayandırılmasını alqışlayır.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

"Hesab edirik ki, növbəti addım olaraq bölgənin sabitliyini və canlılığını bərpa etməklə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında tam həllinə nail olmaq üçün beynəlxalq səylər davam etdirməlidir.

Ukrayna beynəlxalq miqyasda tanınmış sərhədlər daxilində Azərbaycan Respublikasının ərazi bütövlüyünü hər zaman və qeyd-şərtsiz dəstəkləyir", - deyə Nazirliyin bəyanatında qeyd olunub.

XİN vurğulayıb ki, ərazi bütövlüyü prinsipi təcavüzdən və işğaldan əziyyət çəkən Ukrayna üçün təməlidir.

Paylaş »
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› Erməni siyasətçi: “Azərbaycana 50 milyard dolların əvəzinə Zəngəzur veriləcək”
››› İgid əsgər: Atışma başlayanda yaralı dostumun üstünə yıxıldım ki, ölməsin - Foto
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
››› Fransa XİN: “Senatın qərarı Fransa hökumətinin siyasətini əks etdirmir”
Son xəbərlər
Bütün xəbərlər »