Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ermənistanda Azərbaycanla yola gedə biləcək qüvvələr başa keçəcək"
Elşən Manafov
Siyasət mümkün olanı əldə etmək bacarığıdır, biz bunu etdik

Bu gün qələbə sevincimizə bir narahatlıq kölgə salmaqdadır. Rusiyanın Qarabağda sülhməramlı qismində var oluşu. Sosial şəbəkələrdə ciddi müzakirələrin şahidiyik. Bir qrup insan rus hərbi hissələrinin gəlişinin təhlükəli olmadığını, bir hissə isə bunu az qala işğal kimi dəyərləndirir.

Qaranlıq məqamlara politoloq Elşən Manaflı işıq tutur. Bizimyol.info tanınmış politoloqla müsahibəni təqdim edir.

-Biz Ermənistana döyüşüb, bəyanatı Putinlə imzaladıq. Ermənistan onlayn kapitulyasiya edən ilk dövlət oldu. Amma ortada öz imzası olmadan. Bu bəyanat nə dərəcədə ciddi bir sənəddir?

- Bəyanat əldə edilmiş ciddi hüquqi sənəd sayılmaz. Münaqişənin yenidən alovlanmasının qarşısının alınması üçün Rusiya sülhməramlılarının bölgəyə göndərilməsi üçün RF prezidentinin razılığı olmalıydı. O da buna imza atdı. Rusiyanın bu razılıqda iştirakı həm Ermənistanı idarə edən Sorosçulara, həm Türkiyəyə, həm Avropaya, ümumiyyətlə bölgədə maraqları olan bütün dövlətlərə mesaj xarakteri daşıdı. Rusiya bölgədə öz təsirini, gücünü , onsuz iş görülə bilməyəcəyini anlatmış oldu. Sübut etdi ki, Cənubi Qafqazda sabitliyin və sülhün tminatçısı Rusiyadır. Ən maraqlsı budur ki, Rusiya bunu ATƏT-in Minsk qrupunun həmsədrləri olmadan etdi. Hətta, bu müqavilədə Türkiyənin özünün də mövqeyi , bizə hər nə qədər can yandırsa, səy göstərsə də Rusiya ilə müqayisədə zəif qaldı.Gəlin razılaşaq ki, Laçın dəhlizinə və Naxçıvanı Azərbaycanla birləşdirəcək quru yoluna nəzarət ruslara həvalə edir. Türkiyənin burda yeri və imkanları Rusiya ilə müqayisədə nəzərəçarpacaq qədər azdır. Bilirsinizmi, siyasət mümkün olanı əldə etmək bacarığıdır. Bu mənada Azərbaycan prezidenti, Ali Baş Komandanımız əlindən gələni etdi və ümid etdiyimizdən də çox şeyə nail ola bildi. Dünyanın ciddi, mürəkkəb geosiyasi reallıqları var. Xankəndinə Azərbaycan bayrağının sancılmasına bir gün qalmış Rusiyaya məxsus helikopter vuruldu. Məhz bu Rusiyaya torpaqlarmızın hərb yolu ilə azad edilməsinə mane olmaq bəhanəsi vardi. Bu Rusiyanın təsir dairəsindən qurtarmağa çalışan Gürcüstana da ciddi mesaj oldu. İndi Gürcüstan NATO-ya üzvlüklə bağlı məsələnin tələm-tələsik həlli üçün məsələ qaldırıb.Rusiya sülhməramlı qüvvələrinin bölgəyə gəlməsinə baxmayaraq, bu bizim son 200 ildə əldə etdiyimiz ən böyük qələbədir. Qarabağa daha Azərbaycan tərkibində heç bir status verilməyəcək, Şuşa daxil olmaqla Qarabağı işğaldan azad etdik. Ərazi bütövlüyümüzü təmin etdik, suverenliyimizi qoruduq. Ermənilər bu torpaqlarda icma kimi yaşayıb, qanunlarımıza tabe olmalıdırlar. Bütün etnik qruplar kimi ermənilərin də hüquqularının qorunmasının qarantı kimi çıxış edəcəyik. Xankəndinə bayraq sanca bilməməyimiz müasir dünyanın siyasi maraqları baxımından mümkün olmadı. Bölgədə Rusiyanın, İranın, Avropa dövlətlərinin marağı var. İndiki vəziyyət İranı da, Rusiyanı da məmnun edir. Bu ciddi uğurdur, bütün dünya Azərbaycan dövlətinə, Azərbaycan ordusuna başqa gözlə baxacaq, işğalla barışmadığımızı gördü, Ermənistanın arxasındakı güclü havadarlara baxmayaraq, barışmadığımızı, qalibiyyətimizi gördü.

- Hələ ki, Ermənistan mğğlubiyyəti qəbul etmir, "döyüşü uduzsaq da, müharibəni uduzmamışıq" deyir. Belə olan hada bu müqavilə nə dərəcədə etibarlıdır?Ermənistanda mövcud hakimiyyət qalsa, necə olacaq, ruspərəst qüvvələr gəlsələr, vəziyyət necə dəyişəcək?

-Erməni xalqı başa düşməlidir ki, Azərbaycan ordusunun qələbəsinə bir gün qalmış Rusiyanın müdaxiləsi onları əslində rüsvayçı məğlubiyyətdən qurtardı.Onlar Rusiyaya minnətdar olmalıdır. Paşinyanı hakimiyyətə gətrən qüvvələr istəsələr də, münaqişəyə müdaxilə edə bilmədi. Ermənistandakı ABŞ səfirliyində 2000 nəfərdən çox əməkdaş var. Heç bir dövlətdəki səfirlikdə bu qədər əməkdaş yoxdur. İndi bizdə müəyyən narazılıqlar, narahatlılqar var ki, Ermənistanda Qarabağ klanı hakimiyyətə gəlsə nə olacaq? Rusiya gözəl bilir ki Qarabağ klanı hakimiyyətə gəlsə münaqişə yendiən alovlanacaq. Rusiyaya isə artıq bölgədə sabitlik lazımdır. O Türkiyənin də iştirakıyla buna nail olmaq istəyir.Sabitliyin qarantı kimi çıxış edir. Rusiya MDB məkanında yenidən bu münaqişənin alovlanmasında maraqlı olmayacaq, çalışacaq ki, Ermənistanda Azərbaycanla sivil qaydada uzlaşa bilən qüvvələr hakimiyyətə gəlsin. Bu məğlubiyyətdən, Ermənistan iqtisadiyyatının çökməsindən sonra ermənilərin revanş etməsi hələ ki, gözlənilmir. Uzaq perspektivdə bu mümkündür. Qərbdəki məlum dairələr dəhliz vasitəsilə Qarabağdakı erməni icmasının militaristləşdirilməsinə çalışacaqlar, Rusiya buna yol verməmlidir. Bu Rusiyanın öz mövqeyinə ziyan vura bilər.

- Türkiyə Cənubi Qafqazda istədiyini ala bildi?

- Türkiyə perspektivdə Cənubi Qafqazda istədiyini ala bildi. Bizim Türkiyə ilə münasibətlərimiz həmişə yüksək olub. Bundan sonra da olacaq. Ərdoğanın II Osmanlı planını gerçəkləşdirmək üçün Azərbaycanla münasibətlər qapı, açar rolunu oynayır. Türkiyə bu münaqişədə zamanı Rusiyanın maraqlarını da nəzərə aldış Hazırda qəti millətçilər inperiyaprəstlər Türkiyənin münaqiənin həllindəki rolundan, Tatarıstanda, Başqırdıstanda, Asiyadakı digər türkdilli dövlətlərdə təsir imkanlarının güclənməsindən narahatdırlar. Onlar Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsindən qorxurlar və qarşısının alınmasına çalışdılar.

- Bir çoxları Rusiyanın gəlişini az qala işğal kimi qiymətləndirilər.Nə deyə bilərsiniz?

-Əsla, belə deyil. Rusiya burda 5 il qalacaq. Tərəflərdən birinə fərqli münasibət göstərsə, çıxarılacaq və bununla bağlı öhdəlik götürüb.

-Öhdəliyi yerinə yetirməsə bizi ondan kim qoruyacaq?

-Rusiya hər halda NATO-nun ən güclü dövətlərindən olan Türkiyə amilini unutmayacaq.Azərbaycanla münasibətlərin korlanması Rusiyanın bölgəni itirməsinə gətirib çıxarar. Rusiyada əhalinin beşdə biri müsəlmandır, çoxu türk xalqları var. Rusiya çeçenlərin, Dağıstanın etnik zəmidə alovlanmasını istəməz. Məncə Rusiya tənzimləyici rolunda oynayacaq.

-Münaqişə köklü həll olundumu?

-Yox . Amma beynəlxalq hüququ normaları var. Biz erməniləri ərazilərimizdən bütövükdə kürüyüb atsaydıq AB bizə münasibətdə etnik təmizləmə apadıq deyə sanksiyalar tətrbiq edərdi. Biz vaxtında dayanaraq, tolerant və multikultural ölkəyik mesajını verdik. Prezident buna görə ermənilərin Qarabağda icma şəkində qalmasına razılıq verdi. Baydenin gəlişi ilə də bir müddət sonra sanksiyalar işə düşəcəkdi. Bütün siyasi amilləri nəzərə alaraq, Azərbaycan böyük bir alovun içərisinə əlini uzadaraq özünə məxsus olanı almağı bacardı.Uğurumuza kölgə salmaq, onu kiçiltmək əsla olmaz.

İlhamə Rəsulova

Paylaş »
››› Rusiya mətbuatı: Erməni silahlılar Kəlbəcərdən çıxmaq istəmir - yeni müharibə təhlükəsi var
››› Qarabağda Azərbaycan polkovniki şəhid oldu, Rusiya sülhməramlısı yaralandı
››› Fransa mətbuatı: "Məğlubiyyət sindromu fəlakət həddindədir - Ermənistan dibə çöküb"
››› Millət vəkili Ramil Həsənin həyat yoldaşı axtarışa verilib
››› Korpus komandirinin müavini, polkovnik Babək Səmidli şəhid olub - Foto
Son xəbərlər
Bütün xəbərlər »