Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya sülhməramlıları Laçın dəhlizini nəzarətə götürdü
Laçın dəhlizi

Ermənistan və Azərbaycan Qarabağ münaqişəsi zonasında döyüş əməliyyatlarını dayandırıb, iki ölkə silahlı qüvvələrinin bölmələri tutduqları mövqelərdə dayandırılıblar. Bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş qərargahının Əməliyyat İdarəsinin rəisi, general Sergey Rudskoy bildirib.

“Hazırda döyüş əməliyyatları hər iki tərəfdən dayandırılıb. Azərbaycan və Ermənistan silahlı qüvvələrinin bölmələri tutduqları hüdudlarda dayandırılıblar. Əldə edilmiş razılaşmanın yerinə yetirilməsi üçün Laçın dəhlizinə Rusiya Federasiyasının sülhməramlı kontingenti yeridilib. Sülhməramlı qüvvələr hazırda Laçın dəhlizini və yolun Laçın-Lisaqor sovxozu (Turşsu) hissəsini müvəqqəti müşahidə postları yaratmaqla nəzarətə götürüb”,-general bildirib.

Onun sözlərinə görə, 15-ci əlahiddə briqadanın birinci sülhməramlı batalyonunun bölmələri Erebuni aerodromunda boşaldıldıqdan sonra üç yüz kilometrlik yürüş həyata keçiriblər və Gorus ərazisində toplaşmağı başa çatdırıblar.

Rudskoy deyib ki, Qarabağda sülhməramlı əməliyyatların yerinə yetirilməsində ordu aviasiyası və pilotsuz uçan komplekslər də tətbiq ediləcək. O, Qarabağa yeridilən kontingentin Suriyada təcrübə topladığını da bildirib.

Rudskoyun sözlərinə görə, Qarabağ münaqişəsi zonasına yeridilən Rusiya hərbçiləri insidentlərin qarşısının alınması, sülhməramlıların təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə birbaşa rabitə kanalı yaradıblar.(virtualaz.org)

Paylaş »
››› Kaledoniya müstəqilliyini elan etdi: Fransanın əməlləri öz başında çatlayır
››› "Azərbaycan əsgərləri qayıdanda vəziyyətin başqa cür olacağını deyiblər" - Erməni mətbuatı
››› 18 yaşlı qazimiz: Bağırsaqlarımı əlimlə yığıb beli üstə öz əsgərlərimizə tərəf süründüm
››› "Türk qoşunları Azərbaycana dəvət olunmalıdır: Rusa güvənmək olmaz"
››› Vətən mahnısı ilə tanınan şəhid Xudayar Yusifzadə: “Şəhid olmağa gedirəm” - Video
Son xəbərlər
Bütün xəbərlər »