Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BMT-nin Baş katibi Dağlıq Qarabağda atəşkəs haqqında sazişi alqışlayıb
Antoniu Quterreş

BMT-nin Baş katibi Antonio Quterreş Dağlıq Qarabağ münaqişəsi zonasında döyüş əməliyyatlarının 10 noyabr 2020-ci il tarixdən tamamilə dayandırılması barədə xəbəri rəğbətlə qarşılayıb. Tərəflər müvafiq sazişə Rusiyanın vasitəçiliyi ilə nail olublar, bu barədə Rusiya Prezidenti Vladimir Putin rəsmi elan edib.

“Report” xəbər verir ki, təşkilatın mətbuat katibi Stefan Düjarrik deyib: “Baş katib döyüş əməliyyatlarının dayandırılması barədə saziş əldə olunması faktını rəğbətlə qarşılayıb. Biz Rusiyanın hakimiyyət orqanlarına bu məsələdə oynadıqları müsbət rola görə çox minnətdarıq. Dinc əhalinin iztirabının başa çatacağına ümidlər rahatlıq hissləri əmələ gətirir.

Mülki əhali, humanitar əlçatanlığın təmin edilməsi və insan həyatının xilası məsələləri daim bizim diqqət mərkəzimizdə olub”.

S.Düjarrik bildirib ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndələri öz mandatına uyğun olaraq, sazişin şərtlərinin yerinə yetirilməsində tərəflərə kömək edəcəklər. Hazırda bu məsələ üzrə danışıqlar aparılır.

KİV-lərin yaydığı məlumata görə, əldə olunan razılaşmaya əsasən qaçqınlar və məcburi köçkünlər Dağlıq Qarabağ ərazisinə və ona bitişik rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında qayıtmalıdır.

Paylaş »
››› İrəvan ağıllanmadı: Bakıya 4 şərt irəli sürdü - İnanılmaz
››› Ermənilər: “Azərbaycanlı əsgərlər gəlib Xankəndidə marketdən alış-veriş edirlər”
››› Paşinyan sərxoş halda əsgərlərə vacib yüksəkliyə hücum əmri veribmiş
››› "Dağlıq Qarabağda neft yataqları var" - Ekspert
››› İntihara cəhd göstərən ərini xilas edərkən ölümünə səbəb oldu
Son xəbərlər
Bütün xəbərlər »