Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Artur Vanetsyan: “Paşinyan xroniki yalançıdır”
Nikol Paşinyan

Qarabağ məğlubiyyəti həm də Ermənistanın Baş naziri Nikol Paşinyan üçün böyük fiasko ilə nəticələndi. Etiraz aksiyalarında onu satqın adlandırırlar, istefaya çağırırlar.

Bizimyol.info xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, “Vətən” partiyasının sədri Artur Vanetsyan Qarabağ məğlubiyyətinə görə yalnız Paşinyanın məsuliyyət daşıdığını bildirib. O, baş nazir haqda sərt ifadələr işlədib.

“Hakimiyyət son 2.5 ildə xarici qüvvələrin təsiri ilə rüsvayçı müqavilənin imzalanmasıyla nəticələnən proqramı həyata keçirdi. Son dəqiqəyə qədər dövlət təbliğat maşını hamını aldatdı, dedi ki, biz qələbə qazanırıq. Kim ki həqiqəti demək istəyirdi, dərhal xain çıxarırdılar. Paşinyan xroniki yalançıdır. O, həmişə, istənilən mövzuda yalan danışır. Yalanı üzə çıxanda isə özünü təmizə çıxarmağa, əvvəl danışdıqlarını əsaslandırmağa çalışır”.

Vanetsyan Paşinyana “dayan” deməyin vaxtı çatdığını bildirib.

Paylaş »
››› Rusiya mətbuatı: Erməni silahlılar Kəlbəcərdən çıxmaq istəmir - yeni müharibə təhlükəsi var
››› Millət vəkili Ramil Həsənin həyat yoldaşı axtarışa verilib
››› Kişiyə hamilə diaqnozu qoyulması ilə bağlı TƏBİB-dən rəsmi açıqlama
››› Qərb mətbuatı: “Türk dronlarının qarşısını rus müdafiə sistemləri ala bilmir”
››› Hamının axtardığı əsgər tapıldı - Video
Son xəbərlər
Bütün xəbərlər »