Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bir il sonra Ermənistanda böyük köç başlayacaq"
Ermənistan

Dağlıq Qarabağ bəyanatından sonra Ermənistan rəsmilərinin açıqlamalarına fikir versək görərik ki, məğlubiyyətlə barışmayıblar. Rəsmilərin xalqa müraciətlərində bu 5 illik müddəti öz xeyrlərinə çevirəcəklərini, həmin müddətdə ordularını gücləndirəcəklərini və mübarizəni dayandırmadıqlarını bildirirlər.

Azərbaycan ordusunun düşmənə vurduğu hərbi zərbələrdən sonra Ermənistan iqtisadiyyatı və hərbi qüvvəsi 5 il ərzində özünə gələ bilərmi? 45 günlük müharibədən sonra Ermənistanın öz gücünə özünü dirçəltməsi mümkündürmü?

Natiq Cəfərli Natiq Cəfərli

Bizimyol.info-nun bu suallarını iqtisadçı Natiq Cəfərli cavablandırıb.

“Ermənistan iqtisadiyyatının öz gücünə özünü dirçəltməsi mümkün deyil. Çünki, uzun illərdir çox sadə model üzərində qurulmuşdu. Ermənistan iqtisadiyyatının 70 faizə yaxını Rusiya şirkətlərinin birbaşa və dolayı nəzarəti altında idi. İqtisadiyyatlarında ən böyük dövriyyəni təmin edən amil miqrantların yəni Rusiyada, Avropada, Amerikada yaşayan ermənilərin Ermənistana köçürdüyü vəsaitlər idi. Söhbət hər il 2,5-3 milyard dollara yaxın vəsaitdən gedirki, bu da kifayət qədər böyük rəqəmdir. Hətta, Ermənistan büdcəsinin rəsmi gəlir maddələrindən biri məhz diasporanın yardım fondudur. Kənardan kömək olmasa, Ermənistan iqtisadiyyatı özü-özünü dirçəltməyə qadir deyil. Xüsusilə Rusiyanın dəstəyi olmasa hərbi potensialını bərpa etməsi də mümkün deyil. Çünki,bu 45 gün müdətində 3 milyard dollara yaxın hərbi inventarısıradan çıxarılıb. Ermənistan büdcəsinin cəmi 3,6 milyard dollar olduğunu nəzərə alsaq görərik ki, bunun hansı hissəsini silah alışına sərf edə bilər? Uzaq başı 10 -15 faizini. Bu isə o qədər də böyük rəqəm deyil. Çox uzun illərdir ki, Ermənistana pulsuz silah verilməsi Rusiya tərəfindən həyata keçirilib. Yenidən belə ciddi dəstək olmasa Ermənistan ordusunun və iqtisadiyyatının dirçəlməsi mümkünsüz görünür”.

Natiq Cəfərli Ermənistanda böyük köç dağlasının başlayacağını qeyd edib: “Ermənistan üçün hazırda daha bir böyük problem var. Bu demoqrafiq problemidir. Yəni ölkədə ölənlərin sayı doğulanların sayından daha çoxdur. 45 günlük bu müharibə onların demoqrafik vəziyyətinədə çox ciddi zərbə vurdu. Yaxın zamanlarda Ermənistan vətandaşlarının ölkədən köçməsinin şahidi olacağıq. Çünki Azərbaycan ordusunun gücünü gördükdən sonra münaqişənin yenidən alovlanmasından qorxub ağlı başında olan Ermənistan gənci yenidən o orduda xidmət edərək özünün ciddi təhlükəyə məruz qalmasını istəməz. Çox güman ki, gələn ildən başlayaraq Ermənistanda böyük köç dağlası başlayacaq. Bu köç prosesi Ermənistanın həm iqtisadi, həm demoqrafik, həm də hərbi potensialına ciddi zərbə vuracaq amillərdən birinə çönəcək”, - deyə bildirib.

Leyla Mirzə

Paylaş »
››› Cərrah: Şuşa alınandan sonra 3 gün əməliyyatdan çıxmadıq - Foto
››› Professordan qovulan tələbə barədə açıqlama: "Rüşvətxorlar, qansoranlar at oynadır"
››› Türkiyənin hərbi istehkamçıları Azərbaycana gəlib
››› Yerevanda polis etirazçılara güc tətbiq edib, Paşinyanın əleyhdarları saxlanılıb - Video
››› Niyə Yerevanda erməni hərbi əsirlərin Bakıda parada çıxarılacağından qorxurlar?
Son xəbərlər
Bütün xəbərlər »