Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çavuşoğlu: “Azərbaycan xalqı üzərinə raketlər gəlməsinə baxmayaraq, böyük dirəniş göstərdi”
Mövlud Çavuşoğlu

“Hər Türkiyə Cümhuriyyəti vətəndaşı Can Azərbaycan deyir”.

Bunu bu gün Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Ankarada və Bakıda keçirilən birgə ağacəkmə mərasimində bildirib.

O deyib ki, biz bir millətik və Azərbaycanı da canımız, qanımız olaraq görürük: “Bu hamımızın ürəyindən gələn sözdür. Hər zaman Can Azərbaycanın yanında olduğumuzu söylədik. Amma bu, sadəcə sözlə deyil. Hər platformada Azərbaycanın bizə dəstək verdiyi kimi, biz də Can Azərbaycan dəstəyimizi göstərdik. Qəhrəman Azərbaycan Ordusu böyük mübarizə ilə işğal edilmiş torpaqları bir-bir geri aldı. Arada atəşkəslə bağlı razılaşmalar oldu. Azərbaycan diplomatik yolla da torpaqlarını geri almağa hazır olduğunu göstərdi. Amma işğalçı Ermənistan hər dəfə atəşkəsi pozdu. Həm də insanlıq cinayətləri, müharibə cinayətləri törədərək, mülki şəxslərə hücum edərək... Bu vəsiləylə Azərbaycan xalqına da minnətdarlığımı bildirmək istəyirəm. Üzərinə raketlər gəlməsinə baxmayaraq, Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin və qəhrəman Ordusunun yanında duraraq böyük dirəniş göstərdi. Ermənistan bu atəşkəsi pozmağın bədəlini ağır ödədi və ən sonunda təslim olmaq məcburiyyətində qaldı. Halbuki biz illərdir eyni çağırışı edirdik ki, işğal etdiyi torpaqlardan çıxsın, sülhlə çıxsın. Amma Ermənistan bunu seçmədi. Nəticədə Azərbaycan böyük qələbə əldə etdi və edir”.(apa)

Paylaş »
››› İrəvan ağıllanmadı: Bakıya 4 şərt irəli sürdü - İnanılmaz
››› Ermənilər: “Azərbaycanlı əsgərlər gəlib Xankəndidə marketdən alış-veriş edirlər”
››› Paşinyan sərxoş halda əsgərlərə vacib yüksəkliyə hücum əmri veribmiş
››› "Dağlıq Qarabağda neft yataqları var" - Ekspert
››› Ermənistanlı nazir: “Niyə Əliyevin açıqlamalarını oxuyursunuz, amma bizimkini yox?”
Son xəbərlər
Bütün xəbərlər »