Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ermənistan Azərbaycana təzminatı ödəyə bilməsə, Zəngəzuru ala bilərik” - Sabiq maliyyə naziri
Fikrət Yusifov

“Qarabağ müharibəsi Ermənistan üçün çox böyük hərbi və iqtisadi itkilərlə müşahidə olundu”.

Bunu Bizimyol.info-ya açıqlamasında iqtisad elmləri doktoru, professor, keçmiş maliyyə naziri Fikrət Yusifov bildirib.

F.Yusifov qeyd edib ki, 44 gün ərzində aparılan müharibədə Ermənistanın təkcə hərbi itkisi 5 milyard ABŞ dolları həcmində oldu: “Azərbaycan Müdafiə Nazirliyinin yaydığı videogörüntülərdə Ermənistana məxsus məhv edilən və qənimət kimi götürülən hərbi texnikaların və silahların görüntüsü yayılıb.

Baxın, 1 illik 2 milyard 200 milyon ABŞ dolları həcmində dövlət büdcəsi olan Ermənistan 44 gün ərzində 5 milyard dollarlıq itki ilə üzə-üzə qalır.

Müflis olmuş dövlətə maliyyə institutları kredit verməkdən də imtina edəcək. Çünki bu müharibə və itkilərin fonunda Ermənistan həm nüfuzunu itirdi, həm də maliyyə bazarlarında reytinq göstəriciləri daha da aşağı düşdü”.

Keçmiş maliyyə naziri bildirib ki, Azərbaycan Rusiyanın iştirakı ilə sülh müqaviləsi bağlayıb: “Biz müharibəni Ermənistanla aparmışıq. Ermənistan ordusu Azərbaycanın şəhərlərini və kəndlərini viran qoydu, kommunikasiları və sosial obyektləri dağıtdı. Bunların hamısı Ermənistan tərəfindən Azərbaycana vurulan ziyanlardır. Beynəlxalq hüquq müstəvisində Azərbaycana vurulan zərərə görə Ermənistandan kompensasiya tələb edilməlidir. Ermənistan təbbi ki təzminatı ödəyə bilməyəcək. Dünya praktikasında belə bir hal var. Əgər sən təzminat ödəyə bilmirsənsə, zəhmət çəkib torpaqlarından pay verirsən. Ona görə də dədə-baba torpaqlarımız olan Zəngəzuru iddia qaldıraraq geri ala bilərik. Odur ki Ermənistan təkcə hərbi texnika, insan və iqtisadi itkilərə məruz qalmadı. Ermənistan beynəlxalq məhkəmə qarşısında Azərbaycana cavab verəcək”.

Ramid İbrahimov

Paylaş »
››› Rusiya mətbuatı: Erməni silahlılar Kəlbəcərdən çıxmaq istəmir - yeni müharibə təhlükəsi var
››› Millət vəkili Ramil Həsənin həyat yoldaşı axtarışa verilib
››› Kişiyə hamilə diaqnozu qoyulması ilə bağlı TƏBİB-dən rəsmi açıqlama
››› Qərb mətbuatı: “Türk dronlarının qarşısını rus müdafiə sistemləri ala bilmir”
››› Hamının axtardığı əsgər tapıldı - Video
Son xəbərlər
Bütün xəbərlər »