Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lənkəranda baş verən yanğında iki uşaq dünyasını dəyişib
Yanğın

Lənkəran şəhəri Səttarxan küçəsi 8-də yerləşən fərdi yaşayış evində yanğın baş verib.

Bizimyol.info, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Cənub Regional Mərkəzinin xilasediciləri yanğın baş verdiyi əraziyə cəlb olunub.

Yanğın zamanı 3 nəfər azyaşlı xilas edilərək təcili yardım xidmətinin həkim briqadasına təhvil verilib. Xəstəxanaya çatdırılan 2018-ci il təvəllüdlü Artyom Aleksandroviç Quds reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Lakin digər 2 uşağın - 1 yaşlı Emil Cəsarət oğlu Quds və 6 yaşlı Milada Aleksandroviç Qudsun xəstəxanaya gətiriləndə vəfat etdikləri məlum olub.

Yanğın nəticəsində ümumi sahəsi 81 m2 olan birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Paylaş »
››› Rusiyada azərbaycanlı gənc ermənini üzr istəməyə məcbur etdi - Foto
››› Qasparyan: “Bakı-Tbilisi-Ceyhan”ı raketlə vurmaq istədim, Paşinyan qoymadı”
››› “İskəndər” partlaması: Ordu Paşinyana qarşı qiyama qalxdı - Kreml nə etmək istəyir...
››› Nostradamus mayın 10-na hansı hadisələri proqnoz edib – Tədqiqatçı açıqladı
››› “Məmur korpusunda irimiqyaslı təmizləmə əməliyyatı olacaq”
››› “Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır”
››› Ermənistanda dövlət çevrilişinə cəhd: Paşinyanın da tərəfdarları paytaxta toplaşır
Son xəbərlər
Bütün xəbərlər »