Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat: "Müharibə məhəllə uşaqlarının dava oyunu deyil"
cebhe

"Naxçıvanla quru əlaqəsinin təkcə Azərbaycan iqtisadiyyatına verəcəklərini say-say bitməz. Artıq Böyük İpək Yolu üçün ən ideal marşrutlarda biri yaranacaq. Düşünün Mincivanda öz maşınımıza oturub 3-4 saat sonra İğdırda, Ərzurumda olacağıq. Hələ mən o yolda hərəkət edəcək sürətli qatarların İstanbula, Avropaya gedəcək yolun verəcəyi imkanlardan danışmıram".

Bu fikirləri Bizimyol.info-ya politoloq, millət vəkili Rasim Musabəyov deyib.

Rasim Musabəyov Rasim Musabəyov

"Ermənistan həmişə deyirdi sizin danışqlarda tərəf müqabiliniz qondarma Qarabağ Respublikasının xunta rejimidir. Bu gün xunta rejimi yoxdur.Biz ərazilərimizin işğal altında olduğumuz zaman ermənilərə Finlandiya kimi status vermək istəmişik. Amma ərazilərimizi işğal altında qoymaq müzakirə mövzusu olmayıb. Biz hələ döyüşü uduzduğumuz zaman Qarabağa status təklif edirdik. İndi qələbə qazanmış, Şuşaya qələbə bayrağı sancmışıq.Sizcə biz indi torpaqlarımızı işğal altına verərikmi? Cənab Prezident dəfələrlə bəyan etdi ki, heç bir status olmayacaq. O bildirdi ki, nə qədər mən prezidentəm heç bir statusdan söhbət gedə bilməz. Müharibə məhəllə uşaqlarının gedib bir- birləri ilə dalaşması deyil.Bunun beynəlxalq tərəfləri, qonşulara münasibətlər məsələsi var. 1920-ci ildə Türkiyə bir neçə cəbhədə müharibə aparırdı. Ona deyiləndə ki, daşnaklar dinc əhaliyə divan tutur, ermənilərin dərsi verilməlidir, Daşnak Ermənistanına cəbhə açılmalıdı,o bildirdi ki, bu məsələdə Gürtcüstanla danışıqlar aparılmalıdır. Baxmayaraq ki, Gürcüstan o zaman zəif bir dövlət idi, amma qonşu idi. O zaman rus- türk münasibətləri böyük geosiyasi məsələlər fonunda yaxşı idi. Amma Mustafa Kamal Gürcüstanın bitrəflik imzasını aldı. Müharibənin çox mürəkkəb və qonşu dövlətlərlə münasibətlər tərəfi var. O tək hərb gücü ilə aparılmaz. Mən hesab edirəm ki, bu qələbə İlham Əliyev diplomatiyasının, xalqımızın iradəsinin, ordumuzun gücünün qələbəsidir. Bu sənəddən sonra BMT qətnamələrini biz sahədə həll elədik. İndi qalıb masa. Kim qalibdirsə, masada şərtləri də o diktə edir".

İlhamə

Paylaş »
››› Erməni valideynlər İlham Əliyevdən kömək istəyir
››› Lavrov Dnestryanıdan Rusiya qoşunlarının çıxarılmasının nəticələri ilə bağlı xəbərdarlıq edib
››› Cərrah: Şuşa alınandan sonra 3 gün əməliyyatdan çıxmadıq - Foto
››› Müharibə qurtardı: Sonrakı mərhələ nə olacaq?..
››› Türkiyənin hərbi istehkamçıları Azərbaycana gəlib
Son xəbərlər
Bütün xəbərlər »