Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda fəlakət: kənd sakinlərini sel apardı
Sel - dasqın

Zaqatala rayonu ərazisində Talaçayın məcrasından çıxması nəticəsində 4 nəfər sel təhlükəsi ilə üzləşib.

Qaynarinfo xəbər verir ki, bu barədə rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilir ki, aramsız yağışlar nəticəsində Talaçay daşıb və Mazıx kəndində təhlükə yaradıb: "Hadisə nəticəsində kəndin sahəsində arıçılıqla məşğul olan 4 nəfər evə qayıdarkən təhlükəli sellə rastlaşıb. Sakinlər boğulmaq təhlükəsi ilə üz-üzə qalıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb ediləndən sonra onların həyatını xilas etmək mümkün olub. Sakinlər xilas edilərək ailələrinə təhvil verilib, hazırda onların vəziyyəti qənaətbəxşdir".

Qeyd edək ki, mayın 11-dən 13-dək Zaqatala rayonuna güclü yağış yağıb. Hadisə nəticəsində Talaçayın Zaqatala rayonundan keçən hissəsində daşqın olub, 10-a yaxın kəndi su basıb, vətəndaşların əkin sahələri məhv olub.

Paylaş »
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› Gözünü itirən qazimiz həkimin davranışından şikayət edir- Video
››› Əsl qəhrəman olduğunu ölüm kağızından öyrəndi: "Qovuşduq nə çətin, ayrıldıq nə asan..."
››› Paşinyan: “44 gün ərzində Putinlə daim əlaqə saxlayırdım”
››› Nazirlikdən Xankəndi ilə bağlı vacib açıqlama
Son xəbərlər
Bütün xəbərlər »