Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
36 yaşlı kişini bıçaqlayaraq qətlə yetirən saxlanılıb
Bıcaqlama

Bakı sakini küçədə qətlə yetirilib.

Bizimyol.info xəbər verir ki, Nərimanov rayon prokurorluğundan verilən məlumata görə, noyabrın 10-da saat 16 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində 1984-cü il təvəllüdlü Zeynalov Əli Aydın oğlunun bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla 2000-ci il təvəllüdlü Rəhimli Elnur Marif oğlunun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Əli Zeynalovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Elnur Rəhimli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir

Paylaş »
››› Ermənistan prezidenti Moskvada “xain!” adlandırıldı
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› 2016-cı ildə Serj Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti (Xankəndi) itirəcəyik"
››› “Bayatı-Şiraz”ı dinləyən Hikmət Hacıyev göz yaşlarına hakim ola bilmədi - Video
Son xəbərlər
Bütün xəbərlər »