Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“İqtisadi gücümüz azad edilmiş torpaqlarımızda həyatı qısa zamanda bərpa etməyə imkan verir”
Vüqar Bayramov

Sentyabrın 27-də başlayan Vətən Müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatıb.

Bəs ölkəmizin iqtisadi gücü, malik olduğu ehtiyatlar işğaldan azad edilən torpaqlarda sürətli bərpa prosesi həyata keçirməyə imkan verirmi?

Moderator.az-a açıqlama verən millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov, Azərbaycanın bu sahədəki imkanlarının kifayət qədər geniş olduğunu vurğuladı:

“Azəbaycanın iqtisadi gücü, malik olduğu dövlət rezervləri və işğaldan azad edilmiş torpaqlara sərmayə cəlb etmək imkanları qısa zamanda bu torpaqlarımızın bərpasına imkan verəcək. Azərbaycan nəinki regionda, daha geniş coğrafiyada dövlət rezervləri ümumdaxili məhsuldan çox olan azsaylı ölkələrdən biridir. Bu gün bizim dövlət rezervimiz 50 milyard dollardan çoxdur. Bu isə həmin bölgələrin qısa zamanda bərpasına imkan yaradır.

Daxili sərmayə imkanlarımız da mövcuddur və bu imkanlar da bərpa prosesini sürətləndirməyə imakn verir.

Eyni zamanda, Azərbaycan beynəlxalq maliyyə qurumları, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Işğaldan azad edilən ərazilərə beynəlxalq təşkilatların vəsaitlərinin cəlb edilməsi imkanı genişdir və ehtimal ki, bu mənbədən də istifadə olunacaq.

Bu baxımdan bərpa prosesi, dağıdılan infrastrukturun qurulıması və yeni iş yerlərinin yaradılması üçün kifayət qədər diversifikasiya edilmiş mənbələr var. Bu baxımdan hesab edirəm ki, bütün bu imkanlar işğaldan azad edilmiş torpaqlarımızda sürətli bərpa işləri aparmağa imkan verəcək”.

Paylaş »
››› Erməni komandir bizim zabitə: “Bu torpaq sizindir, necə desəniz, elə edəcəyik” - Video
››› Naxçıvanda şəhid atası oğlunun tabutu önündə qurban kəsib - Video
››› Paşinyan etimad referendumu keçirmək istəyir
››› Erməni keşişlər Xudavəngdə alban-udilərin ibadətinə mane olmağa cəhd edib - Video
››› Boris Yeltsinin ən yaxın adamına vəzifə verildi
Son xəbərlər
Bütün xəbərlər »