Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Semyon Baqdasarov: “Paşinyan edam olunmalıdır!”
Nikol Paşinyan və David Tonayan

Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinin öyrənilməsi Mərkəzinin direktoru, erməni əsilli rusiyalı politoloq Semyon Baqdasarov Ermənistanın baş naziri Nikol Paşinyan və onun silahdaşları üçün ölüm hökmü tələb edir.

Virtualaz.org bildirir ki, S.Baqdasarov bu barədə öz Teleqramında yazıb.

“Yerevanda baş verən hadisələrə gəldikdə, bu barədə dəfələrlə xəbərdarlıq etdiyim şeylər baş verir. Əbədi suala-nə etməli və kim günahkardır,- bir cavab tələb olunur. Bəs cənab Paşinyan hakimiyyətə qanuni əsaslarlamı gəlmişdi? O, iğtişaşlar törətdi və bunu ondan əvvəl hakimiyyətin korrupsioner məmurlara məxsus olması ilə əsaslandırması bir qara qəpiyə də dəyməz.

Xaini tapın, onu və bütün "Soros dəstəsini" boynundan tutub Hərbi Məhkəmənin mühakiməsinə verin. Satqın və Vətən xaini kimi mühakimə edin. Dəfələrlə təkrarladım ki, ilk addım erkən parlament seçkilərinə qədər fəaliyyət göstərən Müvəqqəti Milli Qurtuluş Komitəsi yaratmaqdır. Bu cür tədbirlərin əleyhdarlarını kameraya- "sahiblərinin" yanına göndərin”, - deyə politoloq vurğulayıb.

S.Baqdasarov Paşinyanın hakimiyyətə gəlməsinin təsadüfi olmadığını düşünür: “Soros onu hakimiyyətə elə-belə gətirməyib. Yalnız tənbəllər Sorosun dünyanın böyük maliyyə şirkətləri ilə əlaqəsi barədə danışmırdı. Bu, Qarabağı və Zəngəzuru təslim etmək, həmin ərazilərdən Türkiyəyə karbohidrogenləri aparan boru kəmərləri sisteminin açılması məqsədi ilə hakimiyyətə qəsdən gəlmək idi.

Cənab Paşinyan erməni xalqına xəyanət edib. Hərbi Tribunal tərəfindən mühakimə olunmalıdır. Ölüm cəzasına müvəqqəti moratorium (əgər belə bir şey varsa) ləğv edilməlidir. Paşinyan və ortaqlarını divara söykəmək lazımdır!”.

Paylaş »
››› Bakıda cinsi azlıqların bayrağını əks etdirən oyuncaqlar yayılıb - Foto
››› İranın yeni prezidenti bəlli oldu - Foto
››› Ermənistan yenə Kremli ifşa etdi: Rusiyanın Xəzərdəki qüvvələri bizə kömək edirdi
››› Azərbaycanda Türkiyə hərbi bazası Rusiyanı qorxutdu, Kreml təhdid etdi
››› Qarabağ qazisi: "Əlillik pensiyamı kəsiblər, nə yeməliyəm, hava ilə dolanmalıyam?!"
››› Tibb bacılarına 500 dəfə “mən axmağam” yazdıran baş həkimlə bağlı yeni təfərrüatlar
››› Azərbaycanda daha bir tragikomediya: “Məmur valı əyri olan kombaynı mənə sırıyıb belimi qırdı”
Son xəbərlər
Bütün xəbərlər »