Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Paşinyan yaxın vaxtlarda istefa verə bilər” - Zatulin
Nikol Paşinyan

"Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı bəyanatı imzalayan Ermənistanın baş naziri Nikol Paşinyan yaxın vaxtlarda istefa verə bilər".

“Qafqazinfo” xəbər verir ki, bunu gazeta.ru-ya açıqlamasında Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmyerlilərlə əlaqələr komitə sədrinin birinci müavini Konstantin Zatulin deyib.

Konstantin Zatulin Konstantin Zatulin

“Hazırkı baş nazir çox çətin vəziyyətdədir. Onun ölkənin lideri olduğu günləri praktiki olaraq bitdi. Bir neçə həftə əvvəl məsul siyasətçilər hakimiyyəti orduya təhvil verməyin zəruriliyini qeyd edirdilər. Paşinyan “Məxməri inqilab” dövründə qalib və populyar siyasətçidən qeyri-populyar bir fiqura çevrildi”, - deyə Zatulin bildirib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında üçtərəfli bəyanat imzalanıb. Bəyanata əsasən, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunub.

Paylaş »
››› Rusiya mətbuatı: Erməni silahlılar Kəlbəcərdən çıxmaq istəmir - yeni müharibə təhlükəsi var
››› Qarabağda Azərbaycan polkovniki şəhid oldu, Rusiya sülhməramlısı yaralandı
››› Fransa mətbuatı: "Məğlubiyyət sindromu fəlakət həddindədir - Ermənistan dibə çöküb"
››› Millət vəkili Ramil Həsənin həyat yoldaşı axtarışa verilib
››› Korpus komandirinin müavini, polkovnik Babək Səmidli şəhid olub - Foto
Son xəbərlər
Bütün xəbərlər »