Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyalı ekspert: "Bu, Azərbaycanın şəksiz qələbəsidir"
Yevgeniy Mixaylov

“Fikrimcə, bu gün böyük hadisə baş verib. Bu, Azərbaycanın qələbəsi və heç şübhəsiz ki, Ermənistanın məğlubiyyətidir. Ermənistan lideri Nikol Paşinyan döyüşləri davam etdirməyin mümkün olmadığı üçün, guya hərbçilərin onu sövq etmələri nəticəsində bu sazişi imzaladığını açıq şəkildə deyib”.

Bu fikirləri “Report”un Rusiya bürosuna açıqlamasında beynəlxalq münaqişələrə dair rusiyalı ekspert Yevgeni Mixaylov dilə gətirib.

“Yəni Paşinyan özü korrupsiya ilə, açıq rus düşmənçiliyi ilə, ordunu peşəkarlardan təmizləməsi ilə dövlətin axırına çıxdığını etiraf edib. Görünür, Paşinyanın təslim olması üçün inandıran da elə tək-tük qalan peşəkarlardır. Hazırda müharibə başa çatıb, amma Yerevanda ifrat millətçilər hakimiyyətə gəlsə, döyüşləri davam etməyi tələb edə bilərlər. Hərçənd bu artıq xam xəyaldır. Məncə, məsələnin həllinə zamin olan Moskva belə şeyə yol verməz”, - deyən ekspertin fikrincə, Ermənistanın bundan əvvəl Dağlıq Qarabağ üçün muxtariyyət əldə etmək fürsəti vardı, amma bunu bada verdilər: “Müharibədən əvvəl Yerevanın Qarabağ üçün nəsə bir status haqqında danışmağa şansı olub. İndi isə bunu yada salan yoxdur. Azərbaycan qalib gələrək ərazilərini qaytardı. Belə olan halda hansı statusdan danışmaq olar?”

“Hər halda baş verənləri dəyərləndirmək, Ermənistanla Azərbaycan arasında münasibətlərin bundan belə necə qurulacağını düşünmək üçün müəyyən vaxt keçməlidir. İndi isə Azərbaycan qalibdir və bütün danışıqlardakı mövqeyi məhz buna əsaslanacaq”, - rusiyalı ekspert fikrini çatdırıb.

Paylaş »
››› Zatulin ermənilərə Qarabağın statusunu unutmağı tövsiyə etdi
››› İtkin düşmüş erməni əsgərlərin yaxınları Putindən imdad diləyir
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› AKP sözçüsü: "Türkiyə ordusu Qarabağda sülhün qorunması missiyasında önəmli rol oynayacaq"
››› “Ermənilər girov götürülən Dilqəm və Şəhbazı da azad etməli idi”- Hüquqşünas
Son xəbərlər
Bütün xəbərlər »