Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ruhani Azərbaycanla Ermənistan arasında diplomatik həll prosesinin başlanmasına sevinir
Həsən Ruhani

“İran iki qonşusu - Azərbaycan və Ermənistan arasındakı münaqişəyə son qoyulmasına və diplomatik həll prosesinin başlanmasına sevinir”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin videokonfrans formatında keçirilən 20-ci iclasında deyib.

“Ümid edirəm ki, iki ölkə öz ixtilaflarını sülh şəraitində və beynəlxalq hüquq çərçivəsində həll edəcək”, - deyə İran Prezidenti bildirib.

H. Ruhaninin sözlərinə görə, İran bölgədə gərginliyi azaldan, davamlı və ədalətli sülh və təhlükəsizliyi bərpa edən hər bir səyi müsbət qarşılayır: “İran sülh yaratmaq və atəşkəs əldə etmək məqsədlə plan hazırladı və münaqişə tərəfləri və digər ölkələrlə sıx müzakirələr apardı. İran İslam Respublikasının xarici siyasəti həmişə yaxşı qonşuluq və dinc yaşayış prinsipinə əsaslanıb. Dost və qonşu ölkələrlə ticari-iqtisadi əlaqələrimizi hər gün inkişaf etdirmək və bölgənin iqtisadi inkişafını təmin etmək bizim xarici siyasətimizin əsaslarındandır. Bu sahədə dost ölkələrdən olan təşəbbüsləri də alqışlayırıq”.

Paylaş »
››› Erməni valideynlər İlham Əliyevdən kömək istəyir
››› Lavrov Dnestryanıdan Rusiya qoşunlarının çıxarılmasının nəticələri ilə bağlı xəbərdarlıq edib
››› Müharibə qurtardı: Sonrakı mərhələ nə olacaq?..
››› NATO Baş katibindən Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılması ilə bağlı açıqlama
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
Son xəbərlər
Bütün xəbərlər »