Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Formula 1 Azərbaycan qran prisinin promouteri Azərbaycan xalqini qələbə münasibəti ilə təbrik edir və növbəti il üçün Formula 1 yarişlarinin ilkin təqvimini təqdim edir
Formula 1 Azərbaycan qran prisinin promouteri Azərbaycan xalqini qələbə münasibəti ilə təbrik edir və növbəti il üçün Formula 1 yarişlarinin ilkin təqvimini təqdim edir

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti xalqımızı uzun illər davam edən Ermənistan-Azərbaycan münaqişəsinin birdəfəlik həlli və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi münasibətilə təbrik edir.

Bu gün biz ölkəmizin inkişafının yeni mərhələsinə şahidlik edirik və yurdumuzun daha da çiçəklənməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik.

Bakı Şəhər Halqası rəhbərliyi həmçinin bu gün növbəti il üçün Formula 1 yarışlarının ilkin təqviminin elan olunduğunu nəzərinizə çatdırır və dünyanın hər yerindən azarkeşləri Azərbaycanın paytaxtıda salamlamaq üçün səbirsizliklə gözlədiyini bildirir.

Bu gün, 10 noyabr, 2020-ci ildə Formula 1 rəhbərliyi 2021 FİA Formula 1 Dünya Çempionatı təqviminin ilkin versiyasını təqdim edib. Təqvim öz növbəsində Beynəlxalq Avtomobil Federasiyası tərəfindən həyata keçirilən bütün avtoidman tədbirlərinə nəzarət edən əsas oqran – Dünya Avtoidman Şurasına baxılması üçün təqdim ediləcək.

F1 press relizinə istinadən, gələn ilin təqvimi, COVID-19 pandemiyasının dünyaya yayılmağa davam etdiyi bir vaxtda bütün promouterlər və iştirakçı ölkələrin milli rəhbərlikləri ilə geniş müzakirələr əsasında tərtib edilib.

“F1 və FİA rəhbərliyi yarış mövsümü və 2021-ci il təqviminin səmərəli həyata keçirilməsi üçün bütün lazımi təhlükəsizlik tədbirlərini görəcək. Bizim promouterlərimiz əmindir ki, əlimizdə olan plan və prosedurlar 2021-ci il mövsümündə normal şəraitin yaradılmasına imkan verəcək”-məktubda deyilir. “Biz yarış sezonunun 18 mart, 2021-ci ildə Avstraliyada başlaması üçün promouterlər və tərəfdaşlarımızla sıx əməkdaşlığı davam etdirəcəyik”.

2021 il üçün Formula 1 yarışlarının ilkin təqvimi:

21 mart - Avstraliya Qran Prisi (Albert Park)

28 mart - Bəhreyn Qran Prisi (Saxir)

11 aprel - Çin Qran Prisi (Şanxay)

25 aprel – müəyyan olunmayıb

9 may – İspaniya Qran Prisi (Barselona)

23 may - Monako Qran Prisi (Monte Karlo)

6 iyun – Azərbaycan (Bakı)

13 iyun - Kanada Qran Prisi (Monreal)

27 iyun – Fransa (Le Kastelle)

4 iyul - Avstriya Qran Prisi (Şpilberg)

18 iyul - Böyük Britaniya Qran Prisi (Silverstoun)

1 avqust - Macarıstan Qran Prisi (Hunqarorinq)

29 avqust - Belçika Qran Prisi (Spa Frakorşamps)

5 sentyabr – Niderland Qran Prisi (Zandvort)

12 sentyabr - İtaliya Qran Prisi (Montsa)

26 sentyabr - Rusiya Qran Prisi (Soçi)

3 oktyabr - Sinqapur Qran Prisi (Marina Bey)

10 oktyabr - Yaponiya Qran Prisi (Suzuka)

24 oktyabr - ABŞ Qran Prisi (Ostin)

31 oktyabr - Meksika Qran Prisi (Mexiko)

14 noyabr - Braziliya Qran Prisi (San Paulu)

28 noyabr – Səudiyyə Ərəbistan (Ciddə)

5 dekabr - Əbu Dabi Qran Prisi (Yas Marin)

Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın: [email protected]

Son xəbərlər
Bütün xəbərlər »