Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Nar”dan vətəndaşlara bayraq hədiyyəsi!
Nar (1)

“Nar” 9 noyabr – Dövlət Bayrağı Günü və Şuşa şəhərinin işğaldan azad edilməsi münasibətilə xüsusi aksiya keçirib.

Vətəndaşların yüksək qələbə ruhuna dəstək məqsədilə mobil operator yeni konseptə uyğunlaşdırılmış Fəvvarələr meydanı, Bülbül prospekti və Elmlər Akademiyası metrostansiyası yaxınlığındakı mağazalarına, eləcə də digər satış mərkəzlərinə gələn abunəçilərə Azərbaycanın 3 rəngli bayrağının həkk olunduğu yaxa sancaqları hədiyyə edib. Bundan başqa paytaxtın mərkəzi küçələrində olan vətəndaşlara da yaxa sancaqları paylanılıb. Bununla da vətəndaşların qəlblərindəki bayraq sevgisini əyani olaraq yaxalarında daşımasına imkan yaradılıb.

Aksiyanın keçirilməsində məqsəd Rəşadətli Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığı uğurlu hərbi əməliyyatlar dövründə insanların artan qələbə əzminə töhfə verməkdir.

“Nar”ın həyata keçirdiyi bayraq aksiyasının vedeosuna bu keçid vasitəsilə baxmaq olar: https://www.youtube.com/watch?v=OSrDSEV2NBI&feature=youtu.be

Qeyd edək ki, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatına başladığı vaxtdan etibarən “Nar” bütün sosial media kanallarında loqosunun rəngini Azərbaycan bayrağı ilə əvəz edib. Qüdrətli Azərbaycan Ordusunun gücü və şücaəti sayəsində işğal altında olan bütün ərazilərimizin tezliklə azad ediləcəyinə inanırıq. Qələbə bizimdir!

Paylaş »
››› Zatulin ermənilərə Qarabağın statusunu unutmağı tövsiyə etdi
››› İtkin düşmüş erməni əsgərlərin yaxınları Putindən imdad diləyir
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› AKP sözçüsü: "Türkiyə ordusu Qarabağda sülhün qorunması missiyasında önəmli rol oynayacaq"
››› “Ermənilər girov götürülən Dilqəm və Şəhbazı da azad etməli idi”- Hüquqşünas
Son xəbərlər
Bütün xəbərlər »