Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnvestorların Almaniya iqtisadiyyatına inamı azalıb
iqtisadiyyat

Bu ilin noyabr ayında Almaniyada investorların iqtisadiyyata inam indeksi oktyabrda qeydə alınan 56,1 bənddən 39-a enib.

Bu barədə Avropa İqtisadi Tədqiqatlar Mərkəzinin (ZEW) hesabatında bildirilir.

Sözügedən indeks "Reuters"in sorğusunda iştirak edən analitiklərin proqnozundan (41,7 bənd) azdır. Hesabat ayında ölkədə cari iqtisadi vəziyyət indeksi isə mənfi zonada qalaraq -59,5 bənddən -64,3 bəndədək dəyişib.

"Maliyyə ekspertləri COVID-19-un ikinci dalğasının törətdiyi iqtisadi təsirlərindən və onun fəsadlarından narahatdır. İqtisadiyyata inam indeksi noyabr ayında yenidən əhəmiyyətli dərəcədə azalıb, bu da Almaniya iqtisadiyyatının bərpasının yavaşladığını göstərir” - deyə ZEW-in prezidenti Axima Vambaha bildirib.

Qeyd edək ki, bu ay Avrozonada cari iqtisadi vəziyyət indeksi -76,6 bənddən -76,4 bəndədək yüksəlib.(apa)

Paylaş »
››› Gözünü itirən qazimiz həkimin davranışından şikayət edir- Video
››› Şuşadan gedən ermənilər şikayətlənir: “On gündən bir yardım...”
››› Əsl qəhrəman olduğunu ölüm kağızından öyrəndi: "Qovuşduq nə çətin, ayrıldıq nə asan..."
››› Nazirlikdən Xankəndi ilə bağlı vacib açıqlama
››› Rəsmi açıqlama: Bu evi SOCAR sökməyib
Son xəbərlər
Bütün xəbərlər »