Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya parlamenti: Ermənistan sazışə dair öhdəliklərini yerinə yetirməyə hazır olduğunu göstərməlidir
Rusiya

"Yalnız Ermənistan və Azərbaycan öz öhdəliklərini yerinə yetirməyə hazır olduqlarını göstərsələr, Dağlıq Qarabağdakı münaqişə bölgəsində Rusiya sülhməramləlarının missiyası səmərəli ola bilər".

Bunu Rusiya Federasiya Şurasının Beynəlxalq işlər komitəsinin sədri Konstantin Kosaçev “Russia-24” telekanalındkı birbaşa yayın zamanı bildirib.

“Azərbaycanın mövcud mövqelərdə dayanaraq Rusiya sülhməramlılarının xidmətlərindən istifadə etməyə dair razılığı var. Ermənistan da, ən azı bu ölkənin birinci şəxsləri razılıq verib. Hazırkı vəziyyətə görə bu razılığın heç olmasa nisbi şəkildə ictimai razılığa, ictimai həmrəyliyə söykənməsinə əmin olmalıyıq. Ermənistan da Azərbaycan kimi bu üçtərəfli sazişə dair öz öhdəliklərini yerinə yetirməyə hazır olduğunu nümayiş etdirməlidir. Yalnız belə olarsa, Rusiya sülhməramlıları səmərə verə bilər”, – Rusiya parlamentinin rəhbəri qeyd edib.

Xatırladaq ki, Azərbaycan və Rusiya prezidentləri, Ermənistan baş naziri tərəfindən münaqişənin həllinə dair birgə bəyanat imzalanıb.(report)

Paylaş »
››› Cərrah: Şuşa alınandan sonra 3 gün əməliyyatdan çıxmadıq - Foto
››› Professordan qovulan tələbə barədə açıqlama: "Rüşvətxorlar, qansoranlar at oynadır"
››› Türkiyənin hərbi istehkamçıları Azərbaycana gəlib
››› Yerevanda polis etirazçılara güc tətbiq edib, Paşinyanın əleyhdarları saxlanılıb - Video
››› Niyə Yerevanda erməni hərbi əsirlərin Bakıda parada çıxarılacağından qorxurlar?
Son xəbərlər
Bütün xəbərlər »