Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərəbistanda kəskin dəyişikliklər: spirtli içki, rəsmi nikah olmadan yaşama, intihara cəhd...
Ərəbistanda kəskin dəyişikliklər: spirtli içki, rəsmi nikah olmadan yaşama, intihara cəhd...

Birləşmiş Ərəb Əmirliklərində indiyədək cinayət sayılan bir sıra əməllərlə bağlı dəyişiklik olub. Məsələn, spirtli içki satışı, rəsmi nikah olmadan birgə yaşayış...

Bizimyol.info xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Xəlifə bin Əahid Əl-Nahəyyan bu barədə qanunvericiliyə edilən dəyişiklikləri təsdiqləyib. Bu, ölkənin hüquq sistemində son dövrlərin ən ciddi hadisələrindən sayılır.

Ərəb mediası yazır ki, bu dəyişikliklər həm də turistlərin və ölkəyə xarici sərmayə yatırımlarının cəlbinə, həmçinin əhali üçün yaşayış qaydalarının sadələşdirilməsinə hesablanıb.

Spirtli içki satışına olan qadağa aradan qaldırılsa da, 21 yaş həddilə bağlı məhdudiyyət olduğu kimi qalıb. Bu yaşdan aşağı yeniyetmə və gənclərə spirtli içki satanlar məsuliyyətə cəlb olunacaq.

Ümumiyyətlə, Birləşmiş Ərəb Əmirliklərində spirtli içkilərlə bağlı məhdudiyyətlər 2018-ci ilin əvvəlindən etibarən yumşalmağa başlayıb. Əvvəllər dini bayram günlərində spirtli içki satışı və istifadəsinə qadağa var idi. Öncə həmin qadağa aradan qaldırıldı. Bu ilin sentyabrında mağaza, restoran və barlarda spirtli içki almaq üçün tələb olunan xüsusi kartların qəğvinə qərar verildi. Məsələn, Dubayda turistlər spirtli içki almaq üçün bundan ötrü mütləq müvəqqəti lisenziya – xüsusi kart almalıydılar.

Artıq Birləşmiş Ərəb Əmirliklərində rəsmi nikahda olmayan, qohumluq əlaqələri olmayan cütlüklər də birlikdə yaşaya biləcək. 14 yaşdan yuxarı şəxslərin qarşılıqlı razılıq əsasında münasibətləri artıq cinayət əməli sayılmayacaq. Amma yetkinlik yaşına çatmayan və əqli problemi olan şəxslərə təcavüzə görə cəzalar sərtləşdirilib – bu qəbildən olan cinayətlərə görə ölüm hökmü çıxarıla bilər.

İntihar cəhdinə görə cəzalar da aradan qaldırılır.

Bundan başqa, namus cinayətlərilə bağlı da dəyişikliklər var. Əvvəllər bu ölkədə “namusunu təmizləmək” adı altında ailəsinin qadın üzvünü öldürən kişiyə daha yüngül cəza verilirdi. Bundan sonra bununla başqa motivli qətl hadisələri arasında fərq qoyulmayacaq.

2016-cı ildə Böyük Britaniya vətəndaşı olan qadın bir qrup şəxs tərəfindən təcavüzə məruz qaldığına görə polisə şikayət etsə də, son nəticədə onun özünü həbslə cəzalandırmışdılar. Qadın özü mənəviyyatsız davranışda və təhrikdə ittiham olunmuşdu.

Üç il əvvəl bu ölkədə norveçli qadın turist ona təcavüz edəndən daha ağır cəza almışdı.

2017-ci ildə Abu-Dabidə Cənubi Afrika Respublikasının vətəndaşı olan kişi ilə ukraynalı sevgilisi tutulmuşdu. Gənc adam qarın nahiyəsində ağrı hiss edən sevgilisini xəstəxanaya gətirmiş, bu zaman onun hamilə olduğu məlum olmuşdu. Həkim bu haqda hüquq-mühafizə orqanlarını məlumatlandırmış və gənclər haqqında məhkəmə işi başladılmışdı.

Paylaş »
››› Erməni valideynlər İlham Əliyevdən kömək istəyir
››› Lavrov Dnestryanıdan Rusiya qoşunlarının çıxarılmasının nəticələri ilə bağlı xəbərdarlıq edib
››› Cərrah: Şuşa alınandan sonra 3 gün əməliyyatdan çıxmadıq - Foto
››› Müharibə qurtardı: Sonrakı mərhələ nə olacaq?..
››› Türkiyənin hərbi istehkamçıları Azərbaycana gəlib
Son xəbərlər
Bütün xəbərlər »