Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Brent” markalı neftin qiyməti təxminən 8 % artdı
Neft, qiymət

“Pfizer” və “BioNTech” şirkətləri tərəfindən hazırlanan koronavirusa qarşı peyvəndin uğurlu sınaqları ilə bağlı xəbərlərdən sonra dünya bazarlarında neft qiymətləri təqribən 8 % artıb.

“Report” xəbər verir ki, bunu ticarət platformasının məlumatları sübut edir.

Bakı vaxtı ilə saat 16:07-yə olan məlumata görə, “Brent” markalı neftin yanvar fyuçerslərinin qiyməti 7,88 % artaraq bir barel üçün 42,56 ABŞ dollarına, WTI markalı neftin dekabr fyuçersləri isə 8,37 % artaraq bir barel üçün 40,25 ABŞ dollarına çatıb.

Artım koronavirusa qarşı peyvəndlə bağlı xəbərlərin yayımlanmasından sonra kəskin şəkildə sürətlənib. “BioNTech” şirkəti “Pfizer” ilə birgə hazırladığı peyvəndin COVID-19 infeksiyasının qarşısının alınmasında 90 %-lik effektivlik göstərdiyini və peyvəndin ABŞ-da qeydiyyata alınması üçün müraciətin artıq noyabr ayında edilə biləcəyini açıqlayıb.

Paylaş »
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› Paşinyan Ermənistanda daxili çəkişmələri dayandırmağa çağırdı
››› Suqovuşana çəkilən yeni yol minalardan təmizlənir
››› Türkiyə MN: "Bütün imkanlarımızla Azərbaycanı haqlı mübarizəsində dəstəkləyəcəyik"
Son xəbərlər
Bütün xəbərlər »