Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İcra başçısı Qobu kəndinə şəhid dəfninə gəlmək üçün yola şebel tökdürdü
Əli Məmmədov  - Şəhid

Abşeron rayonunun Qobu qəsəbəsinə şəhid cənazəsi gətirlib. 23 yaşlı Məmmədov Əli cəbhəyə könüllü gedib, döyüşdə bir dəfə yaralanıb, sağalıb sonra yenidən döyüşə qayıdıb. Bir il öncə atası vəfat edib. Əri rəhmətə getmiş, 2 uşaqla çarəsiz qalmış bacısını 2 uşaqla o himayə edib.

Bacının yeganə ümidi, çarəsi olna Əli dünən evinə şəhid olaraq qayıdıb. Amma əsas məsələ budur ki, şəhidin dəfni üçün kənd camaatına deyilib ki, İcra Başçısı gələcək onu gözləyək. Hansısa işbaz, yaltaqlığı canından çıxmamış biri isə İcra Başçısı dəfn mərasiminə rahat gəlsin, avtomobilinin təkərləri incinməsin deyə 30 dəqiqə içərisində yola şebel tökdürüb.

Bu barədə Bizimyol.info-ya QHT sədri Kəmalə Ağazadə məlumat varib. Çoxmu vacib idi başçını urvatla qarşılayıb, urvatsız etmək istəyi?

"Yoldaşım rəhmətə gedəli 2 uşağıma elə Əliyə yük olmuşduq,gücü çatdıqca dəstək olurdu. Evləndirmək istəyirdim... İstəyirdim onun bir yuvası olsun. Ata ocağımız boş qalmasın... Boşaldı ocağımız..." deyir Əlinin bacısı.

Şəhidimizə Allahdan rəhmət diləyirik. Ümid edirik, qələbədən uzun illər sonra şəhid və qazilərimizə olan sevgi azalmayacaq, kreslonu xalqdan böyük görən hər məmur cəzalanıb , işindən uzaqlaşdırılacaq.

Paylaş »
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
››› İgid əsgər: Atışma başlayanda yaralı dostumun üstünə yıxıldım ki, ölməsin - Foto
››› “Ermənilər girov götürülən Dilqəm və Şəhbazı da azad etməli idi”- Hüquqşünas
Son xəbərlər
Bütün xəbərlər »