Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Politoloq: “Rusiya Paşinyandan sonra ABŞ-ı qabaqlayaraq kartplanş almağa cəhd göstərəcək”
Nikol Paşinyan

Azərbaycanın qələbə sevincləri yaşadığı bir vaxtda erməni xalqı acı həqiqətlərdən hələ də xəbərsizdir.

Erməni mediasına baxdıqda görürük ki, Ermənistan hakimiyyəti hələ də yerli xalqı aldatmaqda davam edir. Şuşanın alınma xəbərindən sonra Ermənistan rəsmi nümayəndələri açıqlama verərkən bildiriblər ki, Şuşa ərtafında döyüşlər gedir və Azərbaycan ordusu hələ Şuşaya nəzarəti ələ ala bilməyib.

Bəs erməni xalqı həqiqətləri öyrəndikdən sonra Ermənistan iqtidarını nələr gözləyir? Paşinyan hakimiyyətdə qala biləcəkmi?

Elşən Manafov Elşən Manafov

Politoloq Elşən Manafov Bizimyol.info-ya müsahibəsində bildirib ki, Paşinyan iqtidarının sonu sürətlə yaxınlaşır.

“Erməni saytları tərəfindən Xankəndinin, Kəlbəcərin, Laçının alınması xəbərləri təsdiq edildikdə Paşinyan iqtidarının sonu sürətlə yaxınlaşacaq. Paşinyan Azərbaycan və Ermənistan dövlətlərinin iqtisadi resurs və güclərini götür-qoy etməli idi. Bununla bağlı yəqin ki, ona xəbər ötürən tərəflər, müşavirləri yanlış məlumat ötürüblər. Ya da ki, Paşinyanın Rusiya və ya ABŞ-ın timsalında dövlətlərdən birinin müharibəyə qoşula biləcəyi ilə bağlı ehtimalları var idi. Bu da onun siyasətinin avanturist mahiyyətini ortaya qoyur. Müharibəyə başlamaqla Paşinyan həm də Ermənistanda ona qarşı duran və Qarabağ klanı təmsilçiləri sayılan siyasətçilərlə qarşıdurmadan üzü ağ çıxmaq istəyirdi. Bir növ siyasi böhranın dərinləşməsinin qarşısını almaq istəyirdi. Ermənistanı gündən-günə artmaqda olan sosial-iqtisadi problemlər məngənəsindən müharibə faktorundan əldə edə biləcəyi qələbə ilə çıxartmaq istəyirdi. Paşinyanın gözləntiləri özünü doğrultmadı. Müharibədəki məğlubiyyət Paşinyanın sonu olacaq. Artıq parlamentdə onun istefası ilə bağlı tələblər eşidilməkdədir. Güman edirəm ki, bu dəfə əslində Rusiya tərəfi ABŞ-ı qabaqlayaraq kartplanş almağa cəhd göstərəcək. Yəni Birləşmiş Ştatların Amerikada hakimiyyətə gətirdiyi iqtidarın əslində hakimiyyətdən uzaqlaşdırılması Rusiyanın mövqeyi ilə bağlı geosiyasi maraqlarına da cavab verəcək. Bu mənada Qarabağ klanı təmsilçilərinin və ya klanla bağlı digər siyasi qurumların Ermənistanda hakimiyyətə gəlməsi Cənubi Qafqaz uğrunda geosiyasi mubarizədə Rusiyanın imkanlarının artırılması baxımından dürüst seçilmiş bir oyun kimi qiymətləndirə bilərəm. İstisna etmirəm ki,məhz buna görə Rusiya Paşinyan iqtidarına ciddi dəstək vermədi. Baxmayaraq ki, onun Ermənistanda ciddi geosiyasi maraqları vardır”,-deyə bildirib.

Elşən Manafov bildirib ki, Birləşmiş Ştatların MDB məkanında ən böyük səfirliyi məhz Erməsintandadır.

“Birləşmiş Ştatların MDB məkanında ən böyük səfirliyi məhz Erməsintandadır. Burada 2500-dən yuxarı əməkdaş çalışırdı. Bu da göstərirdi ki, Birləşmiş Ştatlar məhz Paşinyan iqtidarını bu müharibəyə sövq etməklə Cənubi Qafqazda Ermənistanı Rusiyanın təsir dairəsindən çıxartmaq üçün ciddi layihələri vardır. Ancaq Azərbaycan ordusunun gücü, Azərbaycan prezidentinin apardığı islahatlar nəticəsində iqtisadi patensialının artması, ölkədə keçirilən siyasi islahatlar, xalqın Azərbaycan iqtidarına olan inamı, ölkədə vətəndaş birliyi, vəhdəti və Azərbaycan prezidentinin həyata keçirdiyi Vətən müharibəsi modelinin tam mənada qəbul etməsi və dəstək verməsi Azərbaycanın bu müharibədəki qələbəsinin təməl daşlarından oldu. Təbii ki, qardaş Türkiyənin, Pakistanın hərbi və siyasi dəstəyi də qeyd edilməlidir”.

Leyla Mirzə

Paylaş »
››› "Saysız düşmən əsgəri öldürdüm, balaca bir erməni körpəsinin həyatını xilas etdim”- Qazi
››› Azərbaycan ordusunun düşmənə qarşı istifadə etdiyi unikal fənd
››› Paşinyanın sosial şəbəkə trollarına verdiyi aylıq maaş məlum oldu
››› Şuşada əsir düşmüş xüsusi təyinatlımız: "Yaralarıma duz, istiot tökürdülər"
››› Professordan qovulan tələbə barədə açıqlama: "Rüşvətxorlar, qansoranlar at oynadır"
Son xəbərlər
Bütün xəbərlər »