Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xankəndinə gedən yol açıldı
Xankəndi

"23 kənd azad edildi. Möhtəşəm işdir. Lakin bu kəndlər arasında çox önəmli yaşayış məntəqələri var.

Belə ki, Xocalı rayonundakı Çanaqçı və Sığnaq, Xocavəndin Tuğ və Azıx kəndlərinin düşməndən azad olunması Xankəndi, habelə Şuşa istiqamətlərində düşmənin müdafiə imkanlarının faktiki ifrat zəiflədilməsi deməkdir".

Elçin Alıoğlu Elçin Alıoğlu

Bu fikirləri hazırda araşdırmaçı jurnalist Elçin Alıoğlu öz Facebook səhifəsində səsləndirib.

"Daha sadə yazsam, Xankəndiyə yolun açılmasıdır.

Şuşanın azad edilməsindən sonra bu, Ordumuzun daha bir böyük uğuru, zəfəridir və Qarabağda düşmən üzərində qələbənin sürətlə yaxınlaşmasıdır.

Sözügedən kəndlər strateji-taktiki baxımdan həddən ziyadə böyük əhəmiyyətə malikdir.

Onların düşməndən təmizlənməsi həm də Xocavənd-Ağdam istiqamətindəki düşmən qruplaşmasının mühasirə həlqəsini daha da reallaşdırır",- deyə o bildirib.

İlhamə

Paylaş »
››› İrəvan ağıllanmadı: Bakıya 4 şərt irəli sürdü - İnanılmaz
››› Ermənilər: “Azərbaycanlı əsgərlər gəlib Xankəndidə marketdən alış-veriş edirlər”
››› Paşinyan sərxoş halda əsgərlərə vacib yüksəkliyə hücum əmri veribmiş
››› "Dağlıq Qarabağda neft yataqları var" - Ekspert
››› İntihara cəhd göstərən ərini xilas edərkən ölümünə səbəb oldu
Son xəbərlər
Bütün xəbərlər »