Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Abdullah Gül: “Qardaş Azərbaycanın işğal altında qalan torpaqlarını azad etməsi mənə ən gözəl hədiyyə oldu”
Abdullah Gül

Türkiyənin 11-ci Prezidenti Abdullah Gül Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

APA xəbər verir ki, məktubda deyilir: “Hörmətli Prezident, əziz qardaşım,

Qardaş Azərbaycanın illərdir, Ermənistanın işğalı altında qalan torpaqlarını azad etməsi mənə ən gözəl hədiyyə oldu. Azərbaycan xalqının və ordusunun göstərdiyi qəhrəmanlıq sayəsində cəbhədə qazandığınız uğurlardan böyük məmnunluq və qürur hissi duyuram.

Zati-alinizin müdrik rəhbərliyi ilə Dağlıq Qarabağın işğaldan azad edilməsinin və bu həsrətin sona çatmasının yaxın olduğuna inanım qətidir.

Əziz qardaşım, Sizə və ailənizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına rifah və əmin-amanlıq arzularımı çatdırır, Ermənistanla müharibədə şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralananlara isə şəfa diləyirəm”.

Paylaş »
››› Erməni siyasətçi: “Azərbaycana 50 milyard dolların əvəzinə Zəngəzur veriləcək”
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
››› Ermənistan parlamentində dava düşüb - Video
››› Şuşada 2 min erməni əsgərin cəsədi... - Video
››› “Associated Press”in Ağdamdan reportajı: “Sanki 12 bal gücündə zəlzələ baş verib”
Son xəbərlər
Bütün xəbərlər »