Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ermənilər xüsusi təyinatlılarımız qədər heç kimdən qorxmurlar"
Azərbaycan ordusu

Dağların zirvəsində, Qarabağın bağrında yerləşən Şuşamız ətrafı düşmənlə sarılıykən azad edildi. Bu qələbədə düşməni yalın əllə yendi qəhrəman xüsusi təyinatlılarımız. Hər zaman əməlləri görünüb özləri görünməyən bu igidlər kimlərdir?

Azərbaycanın xüsusi təyinatlı qoşunlarının formalaşdırılmasında da Türkiyənin rolu böyük olub. Bu gün Türkiyənin İzmir və Foçadakı xüsusi təyinatlı məktəblərində onlarla Azərbaycan zabiti təhsil alır.

Türk komandoları çətin və keçilməz ərazilərdə PKK terrorçularına qarşı aparılan əməliyyatlarda dəfələrlə özlərini doğruldub. Hərbi ekspertlərin araşdırmalarına görə, dünyada ən ağır təlim kursunu Türkiyə xüsusi təyinatlıları keçirlər.

Müxtəlif əməliyyatlarda iştirak edərək özünü bu və ya digər formada göstərən xüsusi təyinatlılar demək olar ki, bütün ölkələrdə Silahlı qüvvələrin ən etibarlı və seçmə birləşməsi sayılır.

Türkiyədə «Kommando», «Bordo bereli» «SAT-SAS», ABŞ-da «Reyncer», «Delta forçe», Rusiyada «Alfa», «Vımpel», «Delta», İsraildə «Amor», Böyük Britaniyada «Kommandos», «Skorpion», Finlandiyada «Yeger», Gürcüstanda Xüsusi Əməliyyatlar Qrupu (Group «A»), Azərbaycanda «Yarasa», «Qartal», «Şahin», «Vaşaq», «Əqrəb» və s. şərti adlarla tanınan xüsusi təyinatlı dəstələr mövcuddur.

Təhlükəsizlik və polis qüvvələrinin analoji birliklərindən fərqli olaraq, xüsusi təyinatlılar tam fərqli situasiyalar üçün hazırlanır. Çətin şəraitlərdə, ölkə sərhədləri daxilində və kənarda hərbi əməliyyatlar apara bilir, müxtəlif döyüş tapşırıqlarını yerinə yetirirlər. Çətin şəraitlərdə əməliyyatlara hazırlanan xüsusi təyinatlıların seçimi və hazırlığı böyük vaxt və tədris tələb edir. Ordu xüsusi təyinatlıları əsasən müddətli və müqavilə əsasında hərbi xidmətə çağrılmış şəxslərdən formalaşdırılır. üsusi təyinatlıların hazırlanmasında böyük təcrübəsi olan Türkiyənin hərbi məktəblərində belə bir fikir səsləndirilir: “Hər oğul əsgər ola bilər. Amma hər əsgər kommando ola bilməz”.

Bu gün Azərbaycan kommandoları tarix yazır, dünya hərb səlnaməsində eşidən, bilən hər kəsi heyrətləndirən, inanılması zor, bacarılması imkansız olanı bacarır.

Elçin Əfəndi Elçin Əfəndi

Ekspert Elçin Əfəndi Bizimyol.info-ya bildirib ki, bu gün Şuşa qayalarına yalın əllə dırmanmağı bacaran igidlərimiz bu təlimləri İsmayıllının Sulut bölgəsində, Babadağın qarlı zirvələrində kjeçiblər. Onlar üçün qar, qış qorxulu deyilə

"Bu barədə ətraflı məlumat verə bilmərəm, çünki hərbi sirrdir, çox şeyi demək olmur. Amma bu məlumdur ki, Xüsusi Təyinatlılarımız Şuşanı bizi alıb verən, qələbəni bizə daddıran igidlərdirlər.Türkiyənin Bordo Bərəliləri kimi bizim də müvafiq və həddən artıq çətin təlimlərdən keçən xüsusi təyinatlılarımız var. Onar müxtəlif relyef şəraitində dənizdə, havada, dağda, meşədə hərbi əməliyyatlar aparmaq üçün hazırlanmş xüsusi komandadırlar.

Aprel döyüşlərində də onların böyük əməyi olmuşdu. Təlimləri xüsusi zonalarda keçirirlər.Ermənilər xüsusi təyinatlılarımız qədər heç kimdən qorxmurlar.Çünki onları xüsusən aprel ayında ağır zərbələr endiriblər. "Yaşma" deyiləndə onların canına titrəmə düşür.

Hansısa hissənin xüsusi təyinatlıları ilə sadəcə xüsusi təyinatılar arasında fərq var onları qarışdırmaq olmaz. Bu dediyimiz igidlərimizə bəzən öz aralarında ilan yeyənlər də deyirlər.Bizim xüsusi təyinatlılarımız NATO təlimlərində də iştirak edirlər və əminliklə demək olar ki, hazırlıq , peşəkarlıq səviyyələrinə görə nə Bordo Bərəlilərdən, nə də ABŞ dəniz pişiklərindən geri qalmırlar",- deyən ekspert bizim xüsusi təyinatlılarımızın ideologiyasından da danışıb..

"Düşmən səni hiss etmədən görmədən sən onu məhv edirsən.Bu onların döyüş prinsipidir. Və Azərbaycan xüsusi təyinatlılarının daha bir döyüş prinsipi komandanın yalnız kişilərdən ibarət olmasıdır. Onların ideologiyasına görə, yalnız kişilərin ən sonuncusu məhv olduqdan sonra qadın silaha sarıla bilər. Əməliyyatın detalları və döyüşün gedişi ilə bağlı faktlar məlum olduqca adamı dəhşət bürüyür. Ən çətin relyefdə, sərt şaxtada, qarda, yerüstü texnika və aviasiya dəstəyi olmadan, düşmənin aramsız güllə və mərmi yağışı altında, demək olar ki, əlbəyaxa döyüşlə ən alınmaz qalanı aldılar.

Şuşanın azad edilməsində əsgərlərimizin göstərdiyi qəhrəmanlığın dünya hərb tarixində analoqu yoxdur. Dünya mediası və hərbi ekspertlər heyrət içindədir. Bəziləri yazır ki, bu, praktiki olaraq mümkün deyil, yalnız nəzəri cəhətdən mümkündür.

Ali Baş Komandan uzun illərdir səbrlə, təmkinlə bax bu ordunu yaradırdı. Yüz illər boyu unudulmayacaq bir qəhrəmanlıq dastanı yazdılar. Öz canları, qanları ilə şərəf tariximizi yazdılar. Azərbaycan əsgəri qarşısında diz çöküb baş əyməkdən şərəfli nəsə ola bilməz bizim üçün.

Vətən uğrunda şəhid olanların ruhu şad olsun. Bu xalq, bu vətən, bu dövlət var olduqca onlar unudulmayacaq".

İlhamə Rəsulova

Paylaş »
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› Zatulin ermənilərə Qarabağın statusunu unutmağı tövsiyə etdi
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› İgid əsgər: Atışma başlayanda yaralı dostumun üstünə yıxıldım ki, ölməsin - Foto
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
Son xəbərlər
Bütün xəbərlər »