Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlham Əliyev: Əgər kilsələri dağıdırıqsa, nəyə görə Bakıdakı erməni kilsəsini dağıtmamışıq?
İlham Əliyev

“Bu məsələni araşdırmaq üçün biz orada olmalıyıq. Araşdırmaq üçün. Mən dəfələrlə demişəm, bu, ya bizim artilleriyanın səhvidir, ya da bu, ermənilərin özləri tərəfindən qəsdən edilmiş bir təxribatdır”.

Bizimyol.info xəbər verir ki, bunu Prezident İlham Əliyev  “BBC News”a müsahibəsində jurnalistin “Üzr istəyirəm, cənab Prezident, Dağlıq Qarabağda hücum olub. Eyni gündə kilsə iki dəfə mərmi atəşinə tutulub. Siz həmin gün dediniz ki, ola bilsin, bu, səhvdir. Siz dediniz ki, araşdırma aparacaqsınız. Araşdırmanın nəticəsi nədir?” sualına cavabında deyib.

“Onlar öz kilsəsini atəşə tutublar?”, - deyə jurnalist bildirib.

“Bəli, elədir ki, var”, - deyə dövlət başçısı vurğulayıb.

“Onlar, əlbəttə ki, bunu inkar edirlər”, - deyə jurnalist qeyd edib.

“Bəli, əlbəttə ki, onlar bunu inkar edirlər. Onlar hər şeyi inkar edirlər. Onlar Ermənistan ərazisindən Gəncəyə ballistik raketlə zərbə endirildiyini inkar edirlər. Ermənistanın baş naziri bunun yanlış məlumat olduğunu demişdir. Buna baxmayaraq, sizin ölkəniz, Amerika Birləşmiş Ştatları, Fransa, Rusiya, onlar ballistik raketin haradan buraxıldığını asanlıqla aşkar edə bilərlər.

Kilsəyə gəldikdə. Mən bunun ya səhv olduğunu, ya da onların bunu qəsdən etdiklərini demişəm. Çünki həmin kilsənin mənim gördüyüm təsvirləri bunun çox kiçik bir zərər olduğunu göstərir. Bu zədəni maksimum iki həftə ərzində təmir etmək olar. Bu, birincisi. İkincisi, siz burada, Bakıdasınız. Yəqin ki, siz şəhər mərkəzində bizim bərpa etdiyimiz erməni kilsəsini görmüsünüz. Biz orada minlərlə erməni kitabı saxlayırıq. Əgər biz ermənilərin dediyi kimi kilsələri dağıdırıqsa, nəyə görə buradakı kilsəni dağıtmamışıq?”, - deyə Azərbaycan Prezidenti əlavə edib.

Jurnalist daha sonra “Siz birmənalı şəkildə öz qüvvələrinizin kilsəyə hücum etmədiyini deyə bilərsiniz?” sualını dövlət başçısına ünvanlayıb.

“Mən birmənalı şəkildə dəfələrlə demişəm. Bu ya bizim artilleriyanın səhvidir... Bu, yalnız səhv nəticəsində ola bilərdi. Çünki hərbi hədəf yox idi. Kilsə hərbi hədəflər arasında deyil. Bizim Xankəndi şəhərində, - ermənilər onu Stepanakert adlandırırlar, - hərbi hədəflərimiz var idi. Bizim Şuşada hərbi hədəflərimiz var idi və biz bu hərbi hədəflərə zərbələr endiririk, çünki onlar bizə hücum ediblər. Yəqin ki, bu, səhv olub”, - deyə Azərbaycan Prezidenti cavab verib.

“Eyni gündə iki dəfə səhv edə bilərdiniz? Kilsəyə iki dəfə zərbə endirilib”, - deyə jurnalist bildirib.

“Nəyə görə yox? İşğal olunmuş ərazilərdə Azərbaycan məscidlərinin şəkillərini görmüsünüz? Onlar hamısı dağıdılıb. Onlar bizim məscidlərdə donuz saxlayırlar. Azad edilmiş Zəngilandakı məsciddən bu yaxınlarda çəkilmiş videogörüntüdə onların orada donuz saxladıqları göstərilir”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

Paylaş »
››› Vətən müharibəsində xeyriyyəçilik etmiş iş adamı həbs edildi
››› Azərbaycanda məntiqə sığmayan qadağalar: Şortik, “vyetnamka”, hicab!..
››› Pandemiya yalandır, insanları öldürən kimyəvi maddədir... - Azərbaycanlı psixiatr
››› Dar günün adamları: Xalqın şairi də, aktyoru da belə olmalıydı
››› Cərimə epidemiyası: Toylar camaata “toy tutmağın” yeni vasitəsi ola bilər...
››› Rusiyadan Türkiyəyə böyük yürüş: Gündə 20 min nəfər...
››› “Azərbaycanlıların mərmər qəbir daşlarından Babayanın evinə pilləkən düzəldilirdi”
Son xəbərlər
Bütün xəbərlər »