Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polkovnik Ramaldanovdan Şuşa hərbi əməliyyatı ilə bağlı açıqlama
Şair Ramaldanov

“Şuşanın işğaldan azad olunması unikal hərbi əməliyyatdır. Gələcəkdə bu əməliyyat hərbi elmdə tarixə, dərsliklərə düşəcək”.

Bunu Bizinyol.info-ya açıqlamasında ehtiyatda olan polkovnik, Qarabağ müharibəsi veteranı Şair Ramaldanov bildirib.

Hərbi ekspert açıqlama verib ki, Azərbaycanın apardığı əks-hücum əməliyyatı müasir hərbi elmin inkişafında özünəməxsus yer tutacaq: “Şuşa hərbi əməliyyatı unikal istiqamətdir. Unikal istiqamət ondan ibarətdir ki Şuşa bir tərəfdən Xocavənd, bir tərəfdən Ağdam, bir tərəfdən Ağdərə, bir tərəfdən Laçın işğaldan azad edilməyib, amma Şuşa işğaldan azad edilib. Şuşa hələ işğaldan azad edilib. Şuşa strateji əhəmiyyətli məntəqədir. İşğaldan azad edilən Şuşa sanki işğalçı qüvvələrin ortasında olan partlayışdır. Bu partlayış bütün istiqamətlərdə döyüşə dağıdıcı zərbələr endirir”.

Ş.Ramaldanov deyib ki Şuşanın işğaldan azad edilməsi qəhrəman hərbçiləri daha da ruhlandıracaq: “İşğalçı ordu üçün isə inamsızlıq, ruh düşkünlüyü deməkdir. Şuşanın işğaldan azad olunması artıq qələbədir. Şuşa Azərbaycan üçün mayakdır”.

Ramid İbrahimov

Paylaş »
››› Vətən müharibəsində xeyriyyəçilik etmiş iş adamı həbs edildi
››› Azərbaycanda məntiqə sığmayan qadağalar: Şortik, “vyetnamka”, hicab!..
››› Pandemiya yalandır, insanları öldürən kimyəvi maddədir... - Azərbaycanlı psixiatr
››› Dar günün adamları: Xalqın şairi də, aktyoru da belə olmalıydı
››› Cərimə epidemiyası: Toylar camaata “toy tutmağın” yeni vasitəsi ola bilər...
››› Rusiyadan Türkiyəyə böyük yürüş: Gündə 20 min nəfər...
››› “Azərbaycanlıların mərmər qəbir daşlarından Babayanın evinə pilləkən düzəldilirdi”
Son xəbərlər
Bütün xəbərlər »