Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yoluxma hallarındakı artım qışın bizim üçün daha çətin olacağı deməkdir - Hande Harmancı
Hande Harmancı

Biz xəstəxanalardakı çarpayıları ehtiyacı olanlara saxlamaq üçün COVID-19 xəstəliyini daha ciddi qəbul etməliyik.

Bunu Trend-ə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

Onun sözlərinə görə, Avropanın bütün ölkələrində olduğu kimi Azərbaycanda da yoluxma hallarında artım müşahidə edilir. Bu, qış fəslinin bizim üçün daha çətin olacağı deməkdir.

H.Harmancı qeyd edib ki, hazırda koronavirusa yoluxma hallarının sayında artım bütün dünyada müşahidə olunur. Bu halın yaranmasının əsas səbəblərindən biri payız mövsümünün gəlməsi, insanların daha çox qapalı məkanlarda vaxt keçirməsidir. Bununla yanaşı, insanların maskadan istifadə etməməsi, kütləvi şəkildə toplaşması da artıma səbəb olur:

"Biz yalnız geriyə baxaraq bu artım hallarının dalğa olub-olmadığını müəyyənləşdirə biləcəyik. Neçənci dalğa olmasından asılı olmayaraq, maskadan düzgün istifadə daxil olmaqla, fiziki məsafə, əl və tənəffüs gigiyenası qaydalarına diqqətlə əməl etməliyik".

Paylaş »
››› Gözünü itirən qazimiz həkimin davranışından şikayət edir- Video
››› Şuşadan gedən ermənilər şikayətlənir: “On gündən bir yardım...”
››› Əsl qəhrəman olduğunu ölüm kağızından öyrəndi: "Qovuşduq nə çətin, ayrıldıq nə asan..."
››› Nazirlikdən Xankəndi ilə bağlı vacib açıqlama
››› Rəsmi açıqlama: Bu evi SOCAR sökməyib
Son xəbərlər
Bütün xəbərlər »