Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hərbi ekspert: Şuşa qalasına sahibləmmək Qarabağa sahiblənmək deməkdir
Şuşa şəhəri

28 illik həsrət bitdi. Qarabağın incisi olan Şuşadayıq artıq. Qarabağ eşqiylə böyüyən igidlərimiz öz qanları bahasına tarixə 8 noyabrı qızıl hərflərlə yazdılar.

Şuşa Qarabağın ən yüksək yaşayış nöqtəsidir. Mənəvi tərəfi ilə yanaşı hərbi-strateji əhəmiyyəti də yüksəkdir.

Ehtiyatda olan zabit, hərbi ekspert Tərlan Eyvazov Bizimyol.info-ya açıqlamasında bildirib ki, bu qalaya sahiblənmək, Qarabağa sahiblənmək deməkdir.

Tərlan Eyvazov Tərlan Eyvazov

“Bizim əsas məqsədimiz Qarabağın ən yüksək yaşayış nöqtəsi olan qədim Şuşanı almaq idi. Hərbi-strateji tərəfindən çox mənəvi tərəfi var idi. Hamı ora tələsirdi. Şuşa Qədim Qarabağın paytaxtı, mədəniyyət mərkəzi, elm mərkəzi,musiqinin mərkəzi olub. Bu bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Bununla yanaşı? strateji tərəfdən Şuşa dəniz səviyyəsindən 1300 metrdən də yüksəkdədir. Bu qalaya sahiblənmək, Qarabağa sahiblənmək deməkdir. Düşmən Şuşanı əldən verməmək üçün bütün qüvvəsini buraya tökmüşdü. Ordumuzun işi ona görə çətinləşirdi ki, həmin ərazidə artilleriya, tank və digər zirehli maşınların işləməsi mümkün deyildi. Həmçinin dronlar da duman və təbiət şəraitinə görə işləyə bilmirdi. Azərbaycan əsgəri Şuşanı əli ilə kişi kimi döyüşərək aldı. Bir daha dünyaya sübut etdi ki, burada döyüşən Azərbaycan əsgəridir. Dron və digər vasitələr yalnız köməkçidir. Əsas ordunun hazırlığı, qələbəyə olan inamı və torpaqlarımızı azad etmək eşqidir. Artıq ermənilər və onların havadarlarının, xarici ölkə mətbuatının daima bizə qarşı yönləndirdiyi yalan və böhtanların arası kəsilməkdədir. Çünki, hər kəs artıq Azərbaycan dövlətinin qələbəsi ilə barışır. Bir söz var "qalibləri mühakimə etmirlər". Bizim qalibiyyətimiz tamamilə haqlı, ədalətli və dünyanın bütün qanunlarına uyğundur”,- deyə ekspert bildirib.

Tərlan Eyvazov bildirib ki, qalan rayon və kəndlərimizin alınması artıq sual doğurmayacaq.

“Düşmən tərəfi sakitliklə çıxıb getsə, sülh bağlansa hər şey yaxşılıqla həll edilər. Yox əgər müqavimətə rəy versə, təbii ki düşmən əziləcək. Ordumuz tərəfindən torpaqlarımızdan qovulub çıxarılacaq”.

Leyla Mirzə

Paylaş »
››› Paşinyan yenə Rusiyaya "ilişdi"
››› Ata oğlunu qurban kəsdi: “Allah yolunda belə addım atdım” - Foto
››› Ermənistan yeni terror təşkilatı yaradıb, təlim keçir: “Onların ərazi itkisi ilə nəticələnə bilər”
››› Türkdilli dövlətlərin ordusu yaranır: “Bu, ciddi mesajdır”
››› Qərb Rusiyanı Ermənistanın əli ilə vurur
››› “İsgəndər” raketi Bakı üzərində vurulub - Britaniya mətbuatının məlumatı - Video
››› Bu ay yeni bahalaşma dalğası gözlənilir
Son xəbərlər
Bütün xəbərlər »