Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şuşalılar evlərinə dönəndə ilk işləri nə olacaq? - İcra başçısından açıqlama
Bayram Səfərov

Ölkə əhalisi Azərbaycan Ordusu tərəfindən Şuşa şəhərinin işğaldan azad olunması xəbərinin sevincini yaşayırlar.

Şuşanın işğaldan azad olunması münasibətilə açıqlama verən Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin İdarə Heyətinin üzvü, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Bizimyol.info-ya bildirib ki, şuşalıların ilk işi mərhum ailə üzvlərinin məzarını ziyarət etmək olacaq.

“Mən şəxsən Şuşaya gedəndə birinci anamı və atamı ziyarət edəcəm.

Şuşalar doğma yurdlarına qayıdarkən evlərinin dağıdılıb-dağıdılmaması ilə maraqlanacaqlar. Evləri uçubmu, dağdılıbmı, qalıbmı?

Sonra şuşalılar abadlıq və quruculuq işi ilə məşğul olacaq”,-deyə B.Səfərov bildirib.

Məmur olaraq Şuşa ilə bağlı planlara gəldikdə icra başçısı bildirib ki o, sadəcə icraçıdır: “Mənə nə tapşırıq verilsə, mən həmin tapşırığı yerinə yetirəcəm. Mən, şuşalıyam və Şuşaya gedəcəm”.

Ramid İbrahimov

Paylaş »
››› Erməni valideynlər İlham Əliyevdən kömək istəyir
››› Lavrov Dnestryanıdan Rusiya qoşunlarının çıxarılmasının nəticələri ilə bağlı xəbərdarlıq edib
››› Cərrah: Şuşa alınandan sonra 3 gün əməliyyatdan çıxmadıq - Foto
››› Müharibə qurtardı: Sonrakı mərhələ nə olacaq?..
››› Yerevanda polis etirazçılara güc tətbiq edib, Paşinyanın əleyhdarları saxlanılıb - Video
Son xəbərlər
Bütün xəbərlər »