Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Hollivud Qarabağ müharibəsini lentə alacaq" - Millət vəkili
Artilleriya - Top

Razi Nurullayev: Erməniləri bütün dünyada qovacağıq

Bizimyol.info-nun suallarını deputat Razi Nurullayev cavablandırır.

Razi Nurullayev Razi Nurullayev

- Razi bəy, Qarabağda qələbələr qazanırıq, işğaldan azad edirik. Ermənilərin 200 illik böyük Ermənistan planı suya düşdü. Yəqin ki, bununla sakitcə barışmayacaqlar.Terrorçu bir dövlətdən çox şey gözləmək olar. Siyasi müstəvidə onların qarşısını necə almaq olar?

- Məncə ermənilərdən hər şey gözləmək olar. Pişiyi divara qısnayanda başalayır divarı cırmaqlamağa.Ermənilərin məğlubedilməz olması barədə miflərlə böyüyən yeni nəsli var.Onların yeni nəsli Qarabağı öz vətənləri bilirlər. Buna görə dirənir, əl çəkmirlər.Yəqin ki, onlar bir neçə on il bu ideyalarından əl çəkməyəcəklər, təxribatlar, terror aktları törədəcəklər. Buna hazır olmalı, sayqılığımızı itirməməliyik. Onları sülh şəraitində yaşamaq üçün məcbur etmək, əəhliləşdirmək lazım gələcək. Onların sülh şəraitində yaşamaq öz xeyirlərinədir. Əgər istəməsələr biz yenə silahlanmalı, döyüşməli olacayıq. İdi bizim buna gücümüz var və çox böyük gücə çevrilməkdəyik.

- Amma müharibədən sonra savaş Ermənistanla Azərbaycan sərhədlərində başlayacaq. Bu günə qədər biz Qarabağ ərazisində döyüşürdük, indi döyüşməli olsaq mərmiləri Ermənistan ərazisinə atacağıq. Bu da qlobal müharibələrə aparıb çıxarmazmı? Ermənistan bu müddətdə müharibənin miqyasını genişləndirmək üçün çabaladı.

- Bunun həlli üçün bölgədə yeni siyasi konfiqurasiya yaranacaq.Birincisi, indi Azərbaycanın daha Qararabağ problemi olmayacaq. ATƏT-in Minsk qrupu da olmayacaq. Artıq Pakistan və Türkiyə ilə hərbi siyasi müqavilələr bağlayacaq. Rusiya, Avropa və ABŞ-ın Cənubi Qafqazda planları dəyişəcək və biz buna uyğun konfiqurasiyalar yaradacağıq. Hollivud rejissorları Qarabağdakı müharibəni lentə alıb və burda gəlib filmlər çəkmək istədiyini bildirib. Bizim ordumuz, bizim müharibəmiz artıq dünyanın hərb tarixinə adını qızıl hrflərlə yazdı. Dünya generallarını təəccübləndirdik, indi bizim taktikamızı öyrənirlər. Bizə maraq artı.

- Bundan sonra nə etməliyik.

- Bu xalq dövlət birliyi daha da artmalıdır. İkincisi, Azərbaycanın dostlarının sayı artmalıdır.Üçüncüsü, çox ağıll siyasət yürütməli, indiki uğurlu diplomatik siyasəti davam etdirməliyik.Biz bu müharibəni həm silah gücü ilə, həm də uğurlu diplomatiya ilə qazandıq.

- Ermənistan kasıb bir ölkədir.Bəs biz ondan vurulmuş ziyanın dəyərini necə alacağıq? Həm Ermənistanın bizə vurduğu zərbə Qarabağla bitmir. Məsələn, suyun qabağını kəsdi aran kəndləri susuzluqdan boşaldı, neçə neçə insanlarımızın rifah halı həddən artıq aşağı oldu, çünki ölkədə milyondan artıq məcburi köçkün var idi.

- Bax bu yeni konfiqurasiyaya daxil olacaq. Ermənistan bizə yenə torpaq iddiası qaldırsa, biz deyəcəyik ki, öncə təzminatımızı ver. 250 milyard dollar ziyan vurmusan.Hərbi cinayətlər törətmisən. Biz onları bütün dünyada qovacağıq. Beynəlxalq məhkəmələrə dartacağıq. Biz indi yeni nəfəs qazanmışıq. İndi səsimiz daha gur çıxacaq. Hesab edirəm ki, Rusiya sonuna qədər müharibədə indiki mövqeyini qoruyub saxlasa, biz savaşdan sora imzalayacağımız sənədlərdə Rusiyanın da maraqlarını nəzərə alacağıq. Ermənistanın KTMT daxilində Rusiya ilə müqaviləsi olduğu kimi, bizim də Türkiyə ilə hərbi müqaviləmizin olması düşünülə bilər.

İlhamə Rəsulova

Paylaş »
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› “Anamı görmək istəyirəm” – Şəhidin son arzusu
››› Monitorinqin nəticələri: Müharibə dövründə ən yaxşı işləyən qurum "Azərişıq" idi
Son xəbərlər
Bütün xəbərlər »