Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sloveniyalı futbolçular Azərbaycanla oyundan danışdılar
Futbol

"Niyə burada olduğumuzu yaxşı bilirik. İki oyun qrupdakı taleyimizi həll edəcək. Həmin matçlarda bacardığımız qədər çox xal toplamaq və ilk pilləyə yüksəlmək üçün əlimizdən gələni etməliyik".

"Report"un məlumatına görə, bu fikirləri Sloveniya yığmasının futbolçusu Amedey Vetrix "rtvslo.si" saytına açıqlamasında UEFA Millətlər Liqasında Kosovo və Yunanıstanla keçirəcəkləri oyunlar barədə danışarkən deyib.

30 yaşlı yarımmüdafiəçi bildirib ki, noyabrın 11-də Azərbaycan millisi ilə yoldaşlıq matçı rəsmi görüşlərə hazırlıq xarakteri daşıyacaq: "Bu matça boşluqları görmək, mövqeləri gücləndirmək və əvvəlki qarşılaşmalarda göstərdiyimiz müsbət dinamikanı davam etdirmək üçün çıxacağıq. Hər şeyə nikbin yanaşmalıyıq. Çünki yaxşı komandamız var. Bunu daha əvvəl sübut etmişik. Yenidən yüksək səviyyədə oynamalıyıq".

Koronavirusdan yenicə sağalan Sloveniya yığmasının digər yarımmüdafiəçisi Nino Kouter isə komandanın yaxşı vəziyyətdə olduğunu söyləyib: "Qarşıda Azərbaycanla yoldaşlıq oyunumuz var. Daha sonra 6 xal qazanmalı olduğumuz iki vacib matça çıxacağıq".

Qeyd edək ki, Sloveniya - Azərbaycan oyunu Bakı vaxtı ilə 23:45-də start götürəcək. Rəqib noyabrın 15-də Millətlər Liqasında Kosovonu qəbul edəcək, 3 gün sonra isə Yunanıstanın qonağı olacaq.

Paylaş »
››› Martın 8-nə olan hava proqnozu
››› Putinə evlənməyi təklif edən qadın prezidentin buna reaksiyasından danışdı
››› Səfir üzərindən Azərbaycana qarşı kampaniyanı kim təşkil edir - erməni izi...
››› Külək Bakı-Qazax yolunda "Kamaz"ı aşırıb - Foto
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Azərbaycanda qadın başına dəmir düşməsi nəticəsində ölüb
››› Dönərxanada zəhərlənmə olub, 17 yaşlı gənc ölüb
Son xəbərlər
Bütün xəbərlər »