Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NASA-dan çox vacib açıqlama — Ozon dəliyi kiçilir
NASA ozon təbəqəsindəki dəliyin bu il normadan daha az kiçildiyini bəyan edib.

"Ölkə.Az" xəbər verir ki, bununla yanaşı NASA narahatçılığın davam etdiyini bildirib.

1985-ci ildən NASA ozon təbəqəsindəki dəliyini müşahidə edir. Müşahidələr göstərir ki, bu il ozon dəliyi bir az kiçilib.

NASA-nın əməkdaşı Pol Nyuman deyib: "Antarktidadakı stratosferdəki mövcud hava şəraiti nəzərə alınanda dəliyin kiçilməsi gözlənilirdi". NASA-dan verilən açıqlamada da deyilir ki, hərarəti azaldan qlobal dəyişiklik dəliyin kiçilməsində önəmli rol oynayıb. Açıqlamada qeyd edilir ki, dəlik təbii səbəblərdən kiçilib. Ozon dəliyi hələ də 20 milyon kvadrat km əraziyə sahibdir.

Qeyd edilir ki, ozon dəliyi 2070-ci ilə qədər 1980-ci illərdəki səviyyəyə çatacaq.

Son xəbərlər
Bütün xəbərlər »