Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstan müxalifəti təkrar seçkilər tələbi ilə Tbilisidə mitinq keçirir
Gürcüstan müxalifəti təkrar seçkilər tələbi ilə Tbilisidə mitinq keçirir

Gürcüstanın müxalifət partiyaları və tərəfdarları Tbilisidə etiraz aksiyası keçirirlər.

“Report” xəbər verir ki, müxalifətçilər şəhərin müxtəlif yerlərindən parlamentin binası qarşısına yürüş ediblər.

Tbilisinin mərkəzi Rustaveli prospekti avtomobillərin hərəkəti üçün bağlanıb.

Mitinqdə parlament seçkilərində iştirak etmiş və nəticələri tanımayan partiyaların liderləri və üzvləri iştirak edirlər.

Müxalifətin əsas tələbi Mərkəzi Seçki Komissiyası sədrinin istefası və təkrar seçkilərin keçirilməsidir. Tələblər yerinə yetirilməyincə partiyalar parlamentdə təmsilçilikdən imtina edəcəklər.

Qeyd edək ki, oktyabrın 31-də keçirilən parlament seçkilərinin nəticəsində qanunverici orqana 8 müxalifət partiyası keçsə də, onlar seçkiləri qeyri-legitim adlandıraraq deputat mandatlarından imtina ediblər.

Paylaş »
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› Zatulin ermənilərə Qarabağın statusunu unutmağı tövsiyə etdi
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
››› İgid əsgər: Atışma başlayanda yaralı dostumun üstünə yıxıldım ki, ölməsin - Foto
Son xəbərlər
Bütün xəbərlər »