Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident: "Ermənistan status-kvonu möhkəmləndirmək, əbədi etmək istəyirdi"
İlham Əliyev

“Bu qələbəni döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən bütün bəyanatlara rəğmən demişəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yolları da vardır. Bu gün döyüş meydanında biz bunu sübut edirik”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində deyib.

“30 ilə yaxındır mənasız danışıqlar heç bir nəticəyə bizi yaxınlaşdırmadı. 30 ilə yaxın əzəli, tarixi torpaqlarımız işğal altında qaldı. Danışıqlar prosesində Ermənistan tərəfi sadəcə vaxt udmaq istəyirdi, sadəcə status-kvonu möhkəmləndirmək, əbədi etmək istəyirdi”, - Prezident vurğulayıb.

Paylaş »
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› “Anamı görmək istəyirəm” – Şəhidin son arzusu
››› Ermənistan qəzeti: “Ölkə uçurumun kənarındadır”
Son xəbərlər
Bütün xəbərlər »