Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə son sutkada COVID-19-dan 81 nəfər ölüb
Fahrettin Koca

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 81 nəfər ölüb.

Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca son koronavirus statistikasını açıqlayarkən belə bildirib.

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 139 675 şübhəli koronavirus testindən keçib, onlardan 2483-nün cavabı pozitiv çıxıb, 1928 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 2730 nəfər olub.

Türkiyədə ümumilikdə 389 256 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 10 803 nəfər ölüb.

Nazir ağır xəstə sayının artmasını bir daha vurğulayaraq, COVID-19-un çətinliklərini yaşamamaq üçün, insanları tədbirlərə düzgün əməl etməyə çağırıb.(apa)

Paylaş »
››› Bakıda cinsi azlıqların bayrağını əks etdirən oyuncaqlar yayılıb - Foto
››› Koronavirusa yoluxan və ölənlərin sayı kəskin azalıb: Virus dəyişibmi...
››› Ermənistan yenə Kremli ifşa etdi: Rusiyanın Xəzərdəki qüvvələri bizə kömək edirdi
››› Azərbaycanda Türkiyə hərbi bazası Rusiyanı qorxutdu, Kreml təhdid etdi
››› Qarabağ qazisi: "Əlillik pensiyamı kəsiblər, nə yeməliyəm, hava ilə dolanmalıyam?!"
››› İranın yeni prezidenti bəlli oldu - Foto
››› Britaniya şirkəti Qarabağda maraqlı layihə planlaşdırır
Son xəbərlər
Bütün xəbərlər »