Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Keşlə” qalib gəlib, “Sumqayıt”ın məğlubiyyətsizlik seriyası qırılıb
Futbol

Azərbaycan Premyer Liqasında IX tura start verilib.

Apasport.az saytının məlumatına görə, ilk oyun günündə iki matç baş tutub.

Turun ilk matçı “ASK Arena”da keçirilib. “Keşlə” “Qəbələ”ni sınağa çəkib. Qonaqların hesabı açdığı görüşdə meydan sahibləri əzmkar qələbə əldə edib.

Çempionatın lideri “Sumqayıt” səfərdə “Səbail”lə görüşüb. İki qol vuran paytaxt təmsilçisi ev oyunundan qələbə ilə ayrılıb. Qonarlar bu toplardan yalnız birinin əvəzini çıxa biliblər. 7 oyunluq məğlubiyyətsizlik seriyası qırılan sumqayıtlılar mövsümdə ikinci dəfə uduzub.

Qeyd edək ki, turun digər oyunları sabah baş tutacaq. “Neftçi” “Qarabağ”ı, “Sabah” “Zirə”ni qəbul edəcək.

Azərbaycan Premyer Liqası

IX tur

7 noyabr (şənbə)

14:00. “Keşlə” – “Qəbələ” - 3:1

Qollar: Sezar Meza Kolli, 41, Asif Məmmədov, 74, (avtoqol), Silvio Rodriqes, 90 - Nikolas Raysel, 31

“Keşlə”: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev (k), 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli, 4. Şəhriyar Əliyev, 25. Con Kamara, 10. Sezar Meza Kolli, 48. Dmitro Klots, 11. Silvio Rodriqes, 23. Artur Batista, 99. Rafael Məhərrəmli

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 18. Ruslan Əmircanov, 2. İlkin Qırtımov, 7. Rəhman Hacıyev, 8. Tural Axundov, 20. Rail Məlikov, 21. Miyusko Boyoviç, 16. Alvaro Tavares, 14. Turan Vəlizadə, 13. Pərviz Azadov

Baş məşqçi: Yunis Hüseynov

“Qəbələ”: 1. Anar Nəzirov (k), 11. Asif Məmmədov, 74. Yusif Nəbiyev, 14. Cavid Hüseynov, 99. Ceyms Adeniyi, 77. Merab Qiqauri, 32. Nikolas Raysel, 13. Yurgen Qoxa, 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 55. İdris İnqilablı

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 28. Murad Musayev, 70. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 9. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 22. Rodriqo Qattas, 26. Stefan Vukçeviç, 10. Rövlan Muradov, 20. Faiq Hacıyev, 71. Rüfət Əhmədov

Baş məşqçi: Elmar Baxşıyev

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Rauf Allahverdiyev

“ASK Arena”

16:00. “Səbail” – “Sumqayıt” - 2:1

Qol: Rauf Əliyev, 42, Adil Nağıyev, 77 - Rəhim Sadıxov, 84 (pen.)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Vüqar Həsənli

“Səbail”: 96. Nikolas Hagen, 5. Vüqar Bəybalayev, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 11. Rauf Əliyev, 22. Əfran İsmayılov, 27. Hendrik Ekşteyn, 16. Peyman Keşavarzi, 9. Florian Kadriu, 3. Turan Manafov

Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 17. Elçin Rəhimli, 7. Mirsahib Abbasov, 28. Məqsəd İsayev, 29. Amil Yunanov, 20. Ruslan Hacıyev, 99. Bahadur Həziyev, 2. Arsen Ağcabəyov, 77. Ədilxan Qarəhmədov

Baş məşqçi: Aftandil Hacıyev

“Sumqayıt”: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 5. Camaləddin Xocaniyazov, 21. Adəm Həmati, 17. Murad Xaçayev, 20. Rüfət Abdullazadə

Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 71. Hüseynəli Quliyev, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 22. Cavid İmamverdiyev, 4. Kərəm Sultanov, 30. Nəbi Məmmədov, 88. Cavid Quliyev, 29. Sərvin İsmayılov

Baş məşqçi: Ayxan Abbasov

“ASCO Arena”

1Sumqayıt943212-915
2Neftçi84227-614
3Qarabağ733114-512
4Zirə83328-812
5Keşlə933310-1212
6Səbail82339-109
7Qəbələ91537-148
8Sabah82068-116

Bombardir: Əli Qurbani ("Sumqayıt") - 6 qol.

Paylaş »
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› Erməni siyasətçi: “Azərbaycana 50 milyard dolların əvəzinə Zəngəzur veriləcək”
››› İgid əsgər: Atışma başlayanda yaralı dostumun üstünə yıxıldım ki, ölməsin - Foto
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
››› Fransa XİN: “Senatın qərarı Fransa hökumətinin siyasətini əks etdirmir”
Son xəbərlər
Bütün xəbərlər »