“Bu səhər qardaşım İlham Əliyevlə danışdıq. Hazırki bağlı məlumatı birbaşa ondan aldım. Ondan gələn xoş xəbərlər məni sevindirdi. Qələbəyə yaxınlaşırıq".
Bizimyol.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.
“30 il işğal altındakı ərazilərdən ayrı qaldılar. Amma indi işğal altındakı torpaqlarına qovuşurlar. Ədalət və İnkişaf Partiyası və Tayyib Ərdoğanı kim niyə sevir və ya sevmir deyə baxsaq nəticə budur. Nə işin var sənin Liviyada, Azərbaycanda, Suriyada – bizi məhz bu səbəbdən sevmirlər. Bu zalımın qarşısında dayanacağıq. Bizi ümmət sevir, bizi məzlumlar sevər, bizə bu bəsdir”, - o qeyd edib.