Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ermənistan hakimiyyəti diasporun yardımlarını da mənimsəyib”
Nəzakət Məmmədova

Politoloq Nəzakət Məmmədova: “Qarabağda məskunlaşdırılan Suriyalı ermənilər məcburi repatriantlardır”

Məlum olduğu kimi, Zəngilan rayonunda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istifadəsində olmuş binada işğal altında olmuş Azərbaycan ərazilərinə Suriya ermənilərinin köçürülməsi ilə bağlı sənədli materiallar əldə edilib. Eyni zamanda BBC Qarabağa köçürülmüş Livan erməniləri haqqında da material verib. Bəs işğal olunmuş əraziləri məskunlaşdırmaqda Ermənistanın məqsədi nə olub? Bu əmələ -qanunsuz, süni məskunlaşdırmaya beynəlxalq hüquq necə qiymət verir? Azərbaycan bununla bağlı hansı addımı ata bilər?

Bu sualları bizimyol.info saytına beynəlxalq münasibətlər və təhlkəsizlik məsələləri üzrə ekspert, politoloq Nəzakət Məmmədova cavablandırıb. Ekspert əslində Azərbaycan dövlətinin bu məsələni çoxdan qaldırdığını deyib: “2020-ci il iyunun 25-də Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında Prezident İlham Əliyev qeyd edib ki, “İşğal edilmiş torpaqlarda bu gün ermənilər qanunsuz məskunlaşma siyasəti aparır. Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarında qanunsuz məskunlaşmaya son qoymalıdır" Bundan başqa, Prezident son günlərdə xalqa etdiyi müraciətlərdə, xarici mediaya verdiyi müsahibələrdə də bu məsələni xüsusi olaraq diqqətə çatdırır”.

İşğaldan azad olunan ərazilərdə süni məskunlaşmaya dair əldə olunan sübutlara toxunan ekspert deyub ki, əslində Ermənistan rəhbərliyi xarici ölkələrdən gətirilən ermənilərin özlərinin də hüquqlarını pozub: “Məlumatlara görə, Ermənistan hakimiyyəti və Dağlıq Qarabağdakı separatçı rejim Suriyadan və Livandan gələn ermənilərə hər cür şərait şərait yaradıldığını demiş, lakin məlum olmuşdur ki, yardım əvəzində hər ailəyə 1 ay üçün 1 şüşə bitki yağı, 1 kq. şəkər tozu, 1 kq düyüdən başqa heç nə verilməyib, bütün pullar mənimsənib. Halbuki, vaxtilə həmin ermənilərin özləri Qarabağa yardım toplanmasında fəal iştirak etmişlər. Diasporun yığdığı ianələri mənimsəyən separatçı rejim isə yalnız ötən il böyük pulların bir qisminə Xankəndinə yol çəkmiş, sovet vaxtından qalan asfalt yolları təmir etmişdi. Bunu isə orada keçirilən beynəlxalq konfrans ərəfəsində etmişlər ki, diaspor nümayəndələrinə yığılan pulların hesabatını versinlər. Onu da qeyd etmək lazımdır ki, 2020-ci ilin oktyabrında Suriya parlamentinin deputatı Jirar Reisyan iki həmkarı ilə birlikdə Suriya parlamentində çıxış edərək Azərbaycan və Türkiyəni, eləcə də, İsraili ittiham etmişdir və Qarabağdakı separatçı rejimi tanımağı təklif etmişdir. Suriya erməniləri icması Hələbdəki meydanlardan birində Qarabağa dəstək mitinqi təşkil etmişlər. Suriyalı qaçqınların Qarabağa göndərilməsi ola bilər ki, elə həmin deputatların və Ermənistanın birgə səyləri nəticəsində baş tutub. Ermənistanda hələ Sovet dövründə diaspordakı ermənilərin bu ölkəyə qayıtmasına, beləliklə də əhali artımına səy göstərilib. "Vətənə qayıdış!", "Evə dön!", "Ermənilərin qovuşması" kimi repatriasiya proqramları var, lakin Ermənistandakı ağır sosial-iqtisadi vəziyyət, müharibə şəraiti, diaspordakı ermənilərlə Ermənistan və Dağlıq Qarabağ erməniləri arasındakı adət-ənənə, düşüncə fərqləri bu proqramların uğursuz olmasına səbəb olub. Suriyadan Qarabağa gələnlər məcburi isə repatriantlar idi”.

Nəzakət Məmmədova deyir ki, Ermənistan öz ərazisindən başqa işğal etdiyi Azərbaycan torpaqlarını da repatriasiya proqramlarına daxil edərək orada qeyri-qanuni məskunlaşma həyata keçirib ki, bu da beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır: “Ermənistan keçmiş prezidenti Sarkisyan hələ bir neçə il əvvəl BMT Baş Assambleyasında çıxış edərkən ölkəsinin 16 min suriyalı qaçqını qəbul etdiyini demişdir ki, bu da Ermənistanın adambaşına düşən əhali sayına görə Avropada ən çox qaçqın qəbul edən ölkələrdən biri olması deməkdir. Real statistika isə qat-qat çoxdur, çünki suriyalı ermənilərin bir çoxu qaçqın kimi qeydiyyata düşməməyə, əvəzində ya 10 il yaşayış icazəsi, ya da vətəndaşlıq almağa çalışırlar. Bunların bir hissəsi də Qarabağda yerləşdirilib. Ermənistan qanunvericiliyinə görə, erməni mənşəli xarici vətəndaşlara belə bir imkan yaradılır. Qarabağda yerləşdirilən ermənilərin sayının isə müxtəlif mənbələrdə fərqlidir. Bəziləri şovinist erməni mediasında bu rəqəmin şişirdildiyini qeyd edirlər. Qarabağda yerləşən ermənilər Suriyada, əsasən, Kesaba və Qamışlı qəsəbələrindən gələnlərdir və yoxsullardır. Varlı ermənilər, ümümiyyətlə, Ermənistana maraq göstərmir və əsasən Avropaya getməyə üstünlük verirlər”.

Gülnarə ƏMİRQIZI

Paylaş »
››› Ermənilər: “Azərbaycanlı əsgərlər gəlib Xankəndidə marketdən alış-veriş edirlər”
››› Ermənistanlı nazir: “Niyə Əliyevin açıqlamalarını oxuyursunuz, amma bizimkini yox?”
››› Paşinyan sərxoş halda əsgərlərə vacib yüksəkliyə hücum əmri veribmiş
››› Erməni komandir bizim zabitə: “Bu torpaq sizindir, necə desəniz, elə edəcəyik” - Video
››› Paşinyan etimad referendumu keçirmək istəyir
Son xəbərlər
Bütün xəbərlər »