Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avia Pro: “Rusiya hərbi təyyarələri Ermənistana naməlum yük daşıyır”
Rusiya Ermənistana 13 ədəd Rusiyanın Miq-29 təyyarəsi göndərib

Rusiya hərbi yük təyyarələri Ermənistana gəlməyə başlayıb.

Bu barədə “Avia Pro” xəbər verir.

Bildirilir ki, bir sıra mənbələrə görə, Rusiyanın hərbi yük təyyarəsi “İl-76” Mozdokdan Erebuni hərbi hava bazasına enib. Yükün nədən ibarət olduğu naməlum olaraq qalır, ancaq hava gəmisinin ictimaiyyətə açıq izləmə mənbələri tərəfindən izlənmədiyi bildirilir.

Uçuş transponderlər söndürülmüş vəziyyətdə həyata keçirilsə də, “Zapiski Oxotnika” “Telegram” kanalı tərəfindən ekipaj üzvlərinin danışıqlarının yayılması mümkün olub.

Söhbət Mozdokdan havaya qalxaraq Xəzər dənizinə doğru irəliləyən və daha sonra İran ərazisindən keçərək Ermənistanın hava məkanına daxil olan 78847 nömrəli “İl-76” təyyarəsindən gedir.

“Təsdiqlənməmiş məlumata görə, “İL-76” 78847 Rusiya Aerokosmik Qüvvələri Mozdokdan Erebuni hava bazasına daxil olub”, - deyə “Telegram” kanalında bildirilir.

Daha əvvəl 78847 nömrəli “İl-76”nın Suriyaya bir neçə uçuş həyata keçirdiyi məlumdur, lakin onun son uçuşları barədə məlumat əldə etmək hələ mümkün olmayıb.

Erebuni hərbi aviabazasına gələn təyyarənin göyərtəsində hansı yükün ola biləcəyi məlum deyil.

Paylaş »
››› Rusiya mətbuatı: Erməni silahlılar Kəlbəcərdən çıxmaq istəmir - yeni müharibə təhlükəsi var
››› Qarabağda Azərbaycan polkovniki şəhid oldu, Rusiya sülhməramlısı yaralandı
››› Millət vəkili Ramil Həsənin həyat yoldaşı axtarışa verilib
››› Qərb mətbuatı: “Türk dronlarının qarşısını rus müdafiə sistemləri ala bilmir”
››› Kişiyə hamilə diaqnozu qoyulması ilə bağlı TƏBİB-dən rəsmi açıqlama
Son xəbərlər
Bütün xəbərlər »