Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
XİN-dən ermənilərin Xarkovdakı hücumu ilə bağlı bəyanat verib
Xarici İşlər Nazirliyi məlumat yaydı

Azərbaycan Xarici İşlər Nazirliyi ermənilərin Ukraynada Azərbaycan konsulluğuna silahlı hücum etməsi ilə bağlı bəyanat verib.

Bizimyol.info xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, bu il 6 noyabrdan 7 noyabra keçən gecə saat 2.30 radələrində Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki Fəxri Konsulluğunun binası odlu silahdan atəşə tutulub.

Konsulluğun binasının qapısı və pəncərələrinə 6 atəş açılıb. Gecə saatlarında binada heç kəs olmadığı üçün Konsulluğun əməkdaşları arasında zərər çəkən olmayıb. Qeyd etmək istərdik ki, Fəxri Konsulluğun kameraların hücum edən şəxsin 2 nəfər olduğunu qeydə alıb.

Konsulluğun binasına hücumla bağlı Xarkov şəhəri polisi tərəfindən cinayət işi başlanılıb.

Son zamanlar Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə qarşı radikal erməni qüvvələri tərəfindən davamlı təhdidlərin edildiyini nəzərə alaraq, Xarkovdakı Fəxri Konsulluğumuza edilən bu hücum məhz bu təhdidlər kontekstində nəzərdən keçirilməlidir.

Radikal erməni qüvvələrinin Azərbaycanın xarici ölkələrdəki diplomatlarına, eləcə də yerli azərbaycanlı icma üzvlərinə qarşı təhdid xarakterli və həyati təhlükə doğuran hücumlarını qətiyyətlə pisləyirik. Xarici ölkələrdəki Azərbaycan vətəndaşlarına və yerli azərbaycanlı icma üzvlərinə qarşı edilən bu kimi cinayət xarakterli əməllərə görə cavabdeh şəxslərin qanun qarşısında cavab verməsi üçün ölkəmizin müvafiq qurumları əcnəbi ölkələrdəki yerli hüquq mühafizə qurumları ilə qarşılıqlı fəaliyyət və əməkdaşlıq həyata keçiriləcək.

Paylaş »
››› Erməni valideynlər İlham Əliyevdən kömək istəyir
››› Lavrov Dnestryanıdan Rusiya qoşunlarının çıxarılmasının nəticələri ilə bağlı xəbərdarlıq edib
››› Müharibə qurtardı: Sonrakı mərhələ nə olacaq?..
››› NATO Baş katibindən Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılması ilə bağlı açıqlama
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
Son xəbərlər
Bütün xəbərlər »