Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Georgi Vanyan Paşinyana: "Bizim müttəfiqimiz qonşu Azərbaycan ola bilər, danışın"
İlham Əliyev, Nikol Paşinyan

Ermənistanın incəsənət xadimi Georgi Vanyan Nikol Paşinyana müraciət edib və xaricdən dəstək gözləmək əvəzinə Azərbaycanı müttəfiq kimi görməyə və danışıqlara getməyə çağırıb.

Bizimyol.info həmin müraciətin tərcüməsini təqdim edir:

"Ermənistan öz vətəndaşlarına qarşı belə, cinayət həddini çoxdan keçib. Cinayətkarcasına qələbə çalmaq tamaşasını dayandırın: qonşu üzərində qələbə çalmazlar, qonşunu tapdalamazlar, qonşunu məhv etməzlər. Qonşu ilə danışarlar, danışarlar, danışarlar... Ta o vaxta qədər ki, eyni dildə danışmaq bacarığı yaranar, qarşılıqlı anlaşma olar.

Qonşuların bir-birini məhv etmək cəhdi tərəflərin özlərini məhv etməsinə aparan yoldur.

Unudun, “strateji müttəfiqin” xilaskar gücü barədə cinayətkarcasına yalandan imtina edin.

Bu davamlı qırğın şəraitində unudun! Gülünc müttəfiq axtarışından əl çəkin! Soyqırımın tanınması üçün beynəlxalq ictimaiyyətdən biabırçı sədəqə ümidini dayandırın!

Hərəkətsizliyin öhdəsindən gəlin, cinayətkarcasına olan millətçi tabuları aradan qaldırın.

Son 30 ildə, xüsusən də bu gün bizim bir müttəfiqimiz ola bilərdi – bu da qonşu Azərbaycandır. Danışın, qorxmadan həmkarınızın üzünə baxın."

Paylaş »
››› İrəvan ağıllanmadı: Bakıya 4 şərt irəli sürdü - İnanılmaz
››› Ermənilər: “Azərbaycanlı əsgərlər gəlib Xankəndidə marketdən alış-veriş edirlər”
››› Paşinyan sərxoş halda əsgərlərə vacib yüksəkliyə hücum əmri veribmiş
››› Ermənistanlı nazir: “Niyə Əliyevin açıqlamalarını oxuyursunuz, amma bizimkini yox?”
››› Özündən böyük yoldaşları da ona “dayı” deyərdilər – Qəhrəman kəşfiyyatçımızı tanıyaq
Son xəbərlər
Bütün xəbərlər »