Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənilər xarici ölkələrdə terror və təxribatlara başladılar - Foto
Ermənilər Ukraynanın Xarkov şəhərində Azərbaycanın fəxri konsulluğunun yerləşdiyi bina atəşə tutulub

Ermənilər xarici ölkələrdə terror və təxribatlara başlayıb. Ukraynanın Xarkov şəhərində Azərbaycanın fəxri konsulluğunun yerləşdiyi bina atəşə tutulub.

Bizimyol.info xəbər verir ki, hadisə noyabrın 6-dan 7-nə keçən gecə, Bakı vaxtıyla saat 1-in yarısında baş verib. Konsulluğun yaydığı məlumatda bildirilir ki, Yaroslav Mudrı küçəsi 7 ünvanında yerləşən binaya 7 dəfə atəş açılıb. Konsulluğun giriş qapısı, pəncərələri sındırılıb. Gecə binada işçilər olmadığına görə xəsarət alan da yoxdur.

Binanın müşahidə kameralarının qeydə aldığı görüntülər incələnib. Məlum olub ki, hadisəni əllərində silah olan iki gənc törədib. Silahın səsboğucusu olduğu güman edilir.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Ermənilər Ukraynanın Xarkov şəhərində Azərbaycanın fəxri konsulluğunun yerləşdiyi bina atəşə tutulub

Təxminən on gün öncə Estoniyanın paytaxtı Tallin şəhərində də təxribat törədilmişdi. Azərbaycan və Türkiyənin bu ölkədəki səfirliklərinin yaxınlığına donuz başları atılmışdı. Eyni hadisə Tallindəki İslam Mərkəzində də törədilmişdi. Mərkəzin müşahidə kameralarının görüntülərinə baxış zamanı məlum olub ki, təxribatı maskada olan bir kişi həyata keçirib.

Hər üç hadisəni araşdıran hüquq-mühafizə orqanları belə nəticəyə gəlib ki, baş verənlər sadəc xuliqanlıq yox, millətlərarası və dinlərarası nifaq salmaq məqsədilə törədilən təxribatdır.

“Məlumata görə, bu biabırçı akt “müsəlmanların xristianlara qarşı pis münasibətinə”, “Azərbaycanın Qarabağda Ermənistana qarşı hərbi əməliyyatlarına” cavabdır. Aşkar görünür ki, Baltikyanı dövlətlərlə yaxşı əlaqələri olan Azərbaycana qarşı Ermənistanın təxribatıdır. Məqsəd münasibətləri kprlamaqdır. Ermənistanın Latviya, Litva və Estoniyadakı səfiri Tiqran Mkrtçyanın bu istiqamətdə nələr elədiyini nəzərə alsaq, bu hadisədə erməni xüsusi xidmət orqanlarının dəsti-xətti hiss olunur.

Hadisəni törədən şəxsin əvvəldən erməni xüsusi xidmət orqanları tərəfindən təlimatlandırıldığı, onların agenti olduğu güman edilir. Ona görə də yaxşı olar ki, Estoniyanın səlahiyyətli orqanları səfir Mkrtçyanın fəaliyyətini diqqətdə saxlasın”,- Estoniya mediası yazır.

Paylaş »
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› 2016-cı ildə Serj Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti (Xankəndi) itirəcəyik"
››› Paşinyan Ermənistanda daxili çəkişmələri dayandırmağa çağırdı
››› Suqovuşana çəkilən yeni yol minalardan təmizlənir
Son xəbərlər
Bütün xəbərlər »